adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 May 2018 16:41
7298
HADİSƏ
A- A+

Bakıda partlayış olub - 2 nəfər ölüb

Bakıda baş verən partlayış nəticəsində iki nəfər ölüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, partlayış zamanı ölənlərdən biri kişi, digəri qadındır. Onun sözlərinə görə, hadisə nəticəsində yaralanan 2 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu gün Binəqədi rayonunda, "Elite” ticarət mərkəzinin yaxınlığındakı avtomobil ehtiyat hissələrinin satıldığı bazarda yerləşən kafedə partlayış qeydə alınıb.