adalet.az header logo
  • Bakı 18°C
21 May 2018 15:08
8889
MƏMLƏKƏT
A- A+

Şuranın dəstəyilə Quba rayonunda “Hər şey vətən üçün!”

"Kəndlərin İnkişafı” Uşaq və Gənclər İctimai Birliyi "Hər şey vətən üçün!” Yeniyetmələr arasında vətənpərvərlik ruhunun yüksəldilməsi layihəsini icra edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi icra olunan layihə çərçivəsində ilk tədbir keçirilib. Tədbirdə layihə rəhbəri çıxış edərək yeniyetmələrə layihənin məqsədi haqqında məlumat verib.

Layihənin eksperti çıxışında dövlətimizin qəhrəmanlıq tarixinin öyrənilməsinin, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsinin əhəmiyyətindən, Aprel döyüşlərində əsgərləmizin qəhrəmanlıqlarından danışıb. 8 may Şuşanın işğalı günündən danışan ekspert bayrağımızın tezliklə Şuşada dalğalanacağını bildirib. May ayında respublikamızda keçirilən əhəmiyyətli tədbirlər haqqında məlumat verilib. 9 may Qələbə gününün və 10 may ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95 illiyinin bütün regionlarda qeyd edildiyi diqqətə çatdırılıb.

Tədbir iştirakçılarına sertifikatlar təqdim edilib, bukletlər və dəftərxana ləvazimatları paylanılıb.