adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 May 2018 14:45
12144
GÜNDƏM
A- A+

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Avropada qeyd olunur

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100-cü ildönümü münasibətilə həm ölkə daxilində, həm ölkə xaricində tədbirlər qeyd olunmaqdadır. 

 Şanlı Cümhuriyyət tariximiz barədə xarici ölkə vətəndaşlarına məlumat vermək məqsədi ilə gənc fəallar - SOCAR-ın təmsilçisi Kamal Dadaşov və BF şirkətlər qrupunun təsisçisi Aydın Əhmədov, tədbirlərin davamı olaraq - Fransanın Strasburq və İşveçrənin Cenevrədə şəhərlərində tədbirlər keçiriblər. 

 Strasburqda Hilton Otelində baş tutan tədbirdə çıxış edən Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Emin Yaqubov AXC-nin tarixi, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətindən, onun layiqli davamçısı Prezident Ilham Əliyevin müasir siyasətindən söhbət açaraq məlumat verib. O, son illər Azərbaycanın iqtisadi inkişafı, aparılan daxili və xarici siyasət nəticəsində beynəlxalq arenadakı nüfuzunun artmasından danışıb. 

 Daha sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hazırladığı promo video çarx nümayiş etdirilib. Daha sonra A.Əhmədov Azərbaycanın turizm potensialından, ölkəyə getdikcə güclənən turist axınından danışıb. K.Dadaşov isə çıxışında SOCAR haqqında məlumat verərək, onun dünyadakı nüfuzundan bəhs edib. Cenevrənin Cenevrə Biznes Məktəbində baş tutan tədbirdə isə Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyisi,səfir Vaqif Sadıqov adından təmsilçisi Yusif Huseynov çıxış edərək vurğulayıb ki, indiki Azərbaycan o vaxtkı AXC-nin varisidir və onun bütün demokratik ənənələrinə sadiqdir. Daha sonra K.Dadaşov SOCAR-ın daxili və xarici layihələri BF şirkətlər qrupunun təsisçisi A.Əhmədov Cənab prezident İlham Əliyevin turizmə qayğısı, Azərbaycanın turizm potensialı və ölkəmizdə keçirilən mühüm tədbirlər barəsində məlumat verildi və tələbələr tərəfindən ünvanlanan suallar cavablandırıldı. 

 Tədbirlərin sonunda iştirakçılara Azərbaycan nemətləri təqdim edilib, çay süfrəsi açılıb.