adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 May 2018 13:26
9515
GÜNDƏM
A- A+

Səttar Mehbalıyev: Ötən il iş yerlərində 3000 qanun pozuntusu aşkarlanıb

2017-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əhatə etdiyi iş yerlərində 3 mindən çox qanun pozuntusu aşkarlanıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev "Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişafın və layiqli həyatın təbliği” adlı beynəlxalq konfransı çərçivəsində keçirilən brifinqdə deyib.

S.Mehbalıyev bildirib ki, iş yerlərində əməyin mühafizəsinə daim nəzarət edilir. Onun sözlərinə görə, 500-dən çox şikayət daxiı olub: "Qeydə alınan narazılıq və çatışmazlıqların aradan qaldırılmasına çalışırıq. Ötən il qeydə alınan qanun pozuntularının 92 faizi bərpa olunub".