adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

İndi mən BUĞAyam - Emin Akif yazır

21723 | 2018-05-21 12:29

Nə biləydimki, böyüyüb bu qədər qəliz insanlarla birgə həyat sürəcəyəm.

Uşaqvaxtı dırnaq yeyən dişlərim böyüdü, daha da qəddarlaşdı. Dırnaqlarım böyüdü,daha da möhkəmləndi. İndi dırnaqlarımı hirsimdən yeyirəm, uşaq ağlım geridəqaldı. Məni daha heç kim xoxanla qorxutmur ki, sobaya əl vurma, orda xoxan var.İndi xoxan özü mənə yaxınlaşır, özü qorxudur məni, təhlükəyə yaxınlaşmasam belə.Özü yandırır məni. Daha yemədiyim tikələrmənim arxamca ağlamır, onlar da üz döndərib məndən. İndi o tikələr üçün minoyundan çıxıram, elə olur ki, evdə gizli bir yerə çəkilib ağlayıram da. Hə, hər şey belə böyüyür, böyüyür.

İndi o dövr deyil.

Daha əvvəlkikimi şən deyil insanlar, daha əvvəlki kimi mehriban deyil insanlar. Uşaq vaxtıyıxıldığım kimi tez-tez yıxılmıram daha. Ayaqlarım böyüyüb, bərkiyib. İndiyıxılanda böyük kimi yıxılıram, az-az, amma durmağı çətin, heç kimin köməyiolmadan.

İndi o dövr deyil.

Dodaqlarımböyüyüb, dodaqlarım. Südlə başını aldatmaq olmur. Burnum pis adamlarınqoxularını yaxşı hiss edir. Qulaqlarım uyğunlaşmır bu dövrə, amma...

İndi o dövr deyil.

Məniyatızdırmaq üçün yellənən beşiyə qayıtmaq istəyirəm. İndi yerimə girib yuxumungəlməyini gözləməyə qorxuram, gözləmirəm. Fikir qovur məni. Evin problemləri,anam, işim, gələcəyim... Onun dərdindən ya hansısa filmə baxıram, ya hansısayazı haqqında düşünürəm, ya da bir gün həyatımın 180 dərəcə çevriləcəyini. Ki,yuxu özü gəlib qəfil tutsun göz qapaqlarımı, endirsin bu səhnənin pərdələriniaşağı.

İndi o dövr deyil.

Dahakonfetlə aldanmır başım. Pul konfet kağızına çevrilib. Elə şirindir ki. Hamı özömrün bu konfet kağızlarına qurban verir. Konfet kağızlarına sitayiş edirik, həyatımızındadını daha da şirinləşdirmək üçün.

Dahadünya mənim üçün həyətdə oynadığım topa bənzəmir. Bu oyun da böyüyüb, daha da çətinləşib.İndi dünya mənim üçün bilyard oyunudur. Planetlər bilyard şarları. Bir gün buoyunun yaradanı, ən peşəkarı öz çubuğu ilə vurub dünyanı salacaq öz deşiyinə. Bizimqara günlərimiz bir yerə yığılıb yavaş-yavaş udur bizi.

İndi o dövr deyil.

Ammadilim hərdən öz uşaqlığına qayıdır. Hərdən məni heç kim qığıldayan körpə kimibaşa düşmür. İndi heç kimin mənə yazığı gəlmir, körpə deyiləm. Dilimin bəlasınadüşüb insanların mənə qarşı qəddarlığını görürəm. Qulaqlarımı, gözlərimiyumuram, ağzımı yumuram. Və qəfil...

Qulaqlarımıaçıram, öz nəriltimi eşidirəm. Gözlərimi açıram, önümdə bir sürü adam əllərindəqırmızı bayraq yelləyirlər. Bəli! Mən buğaya çevrilmişəm. Məni qapalı bir yerdəac, susuz saxlayıblar. Bunca problemlərlə, bədbinliklə bədənimi kəsik-kəsikediblər. Və məni hər dəfə meydana buraxırlar. Ki, o meydançadakı təlxəkləri əzim,yaralayıb, öldürüm. Hamı elə bilsin, qəddar mənəm. Hamı elə bilsin, o qırmızıbayraqlı adamlar məsumdur, qəhrəmandır.

İndi o dövr deyil.

İndi mənadamdan çox, yaşamağa çalışan, mənə əzab verən adamlara müqavimət göstərənBUĞAyam. Kəsin buynuzlarımı, heç kimi öldürməyim. Qorxuram...


TƏQVİM / ARXİV