adalet.az header logo
  • Bakı 18°C
21 May 2018 12:12
10518
SİYASƏT
A- A+

Sabah Milli Məclisdə dövlət büdcəsi müzakirə olunacaq

"Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.

Adalet.az-ın məlumatına görə, qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabah – mayın 22-də keçiriləcək iclasında müzakirə ediləcək.

Belə ki, komitə tərəfindən 2017-ci ilin dövlət büdcəsinin gəlirlərinə və xərclərinə baxılacaq.

Bundan əlavə komitənin sabahkı iclasında "Dövlət rüsumu haqqında” və "Lisenziyalar və icazələr haqqında” qanunlara dəyişikliklər müzakirə ediləcək.