adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 May 2018 11:56
13553
DÜNYA
A- A+

Rusiyada TƏHLÜKƏ - 90 min nəfəri gənə dişlədi

Rusiyada son iki ay ərzində 90 min nəfərə yaxın insan gənə dişləmələri səbəbindən həkimə müraciət edib.

Adalet.az-ın məlumatına görə, həkimə müraciət edənlər arasında borrelioz, erlixioz, anaplazmoz kimi xəstəliklər aşkarlanıb.

Buna baxmayaraq, Rusiya Səhiyyə Nazirliyi ötən ilin müvafiq dövrünə nisbətən gənə dişləmələrinin 5 faiz azaldığını bəyan edib.

Ən çox gənə dişləmələri Kemerovsk, İrkutsk, Sverdlovsk, Sankt-Peterburq və Altayda qeydə alınıb.