adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
21 May 2018 10:38
12293
DÜNYA
A- A+

Obamanın Tvitteri dünya rekoru qırdı

ABŞ-ın eks-prezidenti Barak Obama hələ də populyarlığını itirməyib.

Adalet.az xəbər verir ki, Obama 20 may 2015-ci il tarixində dünya rekordunu müəyyənləşdirib. Obamanın həmin vaxt hesabı qısa vaxt ərzində milyondan çox izləyici toplamağı bacarıb.

Ginnesin Rekordlar Kitabının məlumatına görə, Obamanın hesabının yaradılmasından keçən cəmi 5 saat ərzində çılğın istifadəçi kütləsi ona qoşulub. Eks-prezident hələ də populyarlığını itirməyib. Onun şəxsi hesabı - @BarackObama hazırda 103 milyon izləyiciyə malikdir.