adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 May 2018 16:56
18908
KRİMİNAL
A- A+

Gürcüstanda saxta 4 min dollar satan 2 azərbaycanlı saxlanıldı

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti saxta pul satmaqda şübhəli bilinən 2 azərbaycanlını saxlayıb.

Adalet.az APA-ya istinadən xəbər verir ki, istintaqla müəyyən olunub ki, Dmanisi rayon sakini Tanrıverdi K. adlı şəxs Gürcüstan vətəndaşına saxta pul almağı təklif edib. O, saxta pulları Türkiyədən gətirdiyini bildirib.

Tanrıverdi K. ortağı olan Rusiya vətəndaşı Vilayət A. ilə Gürcüstan vətəndaşına saxta 4 min dollar verərək əvəzində 1400 dollar alıblar.