adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 May 2018 16:17
12863
GÜNDƏM
A- A+

Hesablama Palatası nöqsanları 8 istiqamət üzrə təsnifatlaşdırıb

Hesablama Palatasının həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirlərində yoxlanılan qurumların müxtəlif mənbələr hesabına maliyyələşdirilən və normativ-hüquqi aktlarla müəyyən edilmiş çərçivədə fəaliyyəti araşdırılır. Beynəlxalq təcrübəyə uyğun olaraq Hesablama Palatası nöqsanların təsnifləşdirilməsini tətbiq etməkdədir.

Bu barədə Hesablama Palatasının ilk dəfə dərc olunan rəsmi məlumat bülletenində qeyd edilib.

Bildirilib ki, 2017-ci ilin iş planı ilə həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində müəyyən edilmiş nöqsanlar 8 istiqamət üzrə təsnifləşdirilib, həmçinin vəsaitlərdən səmərəsiz hallar diqqətdə saxlanılıb.

Nəzarət tədbirləri ilə ümumilikdə 689 hal üzrə aşağıdakı nöqsanlar müəyyən edilib:


Büdcə qanunvericiliyinin pozulmasına görə- 201

Əsaslı qoyuluşlar üzrə nöqsanlara görə - 72

Dövlət əmlakının istifadəsi ilə bağlı nöqsanlar - 11

Bank-kredit, valyuta əməliyyatları, dövlət borcu və s. istiqamətlərdə nöqsanlar - 5

Dövlət satınalmaları ilə bağlı nöqsanlar- 162

Vergi və gömrük qanunverciliyinin pozulmasına görə - 44

Mühasibat uçotu və hesabatlılıq ilə bağlı nöqsanlar - 169

Büdcədənkənar fond, sosial təminat və sosial müdafiə ilə bağlı fəaliyyətdə nöqsanlar – 25.

Büdcə qanunvericiliyinin tələblərinə riayət edilməməsi halları arasında vəsaitlərin təyinatından kənar istiqamətlərə yönəldilməsi halları xüsusilə qeyd edilməlidir. Hesabat dövründə qurumlar tərəfindən 42110,4 min manat məbləğində vəsaitin təyinatının dəyişdirilməsi halları müəyyən edilib.

Hesabat ilində aparılmış tədbirlərin nəticələrinə əsaslanaraq 26 qurum üzrə 92 halda 83,3 mln. manat məbləğində vəsaitin səmərəsiz istifadə edilməsinə imkan yaradıldığı müəyyən olunub.