adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 May 2018 16:21
111551
MƏDƏNİYYƏT
A- A+

Türk filmi Kannda 15 dəqiqə alqışlandı

1-ci Kann Film Festivalında "Qızıl Palma” mükafatı uğrunda mübarizə aparan türkiyəli rejissor Nuri Bilgə Ceylanın "Əhləd ağacı” ("The Wild Pear Tree") filminin qalası keçirilib.

Adalet.az "Hürriyət”ə istinadla xəbər verir ki, filmin nümayişindən sonra türkiyəli rejissorun işi 15 dəqiqə ayaq üstə alqışlanıb.

Doğu Dəmirqol və Murad Cemcirin baş rolda oynadığı filmdə Əhməd Rüfət Şunqar, Xəzər Ərgüclü, Tamer Ləvənd, Qədir Çərmikli, Kubilay Tunçər və Ərcümənd Balakoğlu kimi aktyorlar yer alıb.

Uzun illər sonra öz kəndinə qayıdan yazarın atasının borcları altında əzilməsindən bəhs edən film ata-oğul, ailə münasibətlərinə həsr olunub. Filmin ssenarisini Nuri Bilgə Ceylan həyat yoldaşı Əbru Ceylan və Akın Aksu ilə qələmə alıb.