adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 May 2018 15:44
12066
SİYASƏT
A- A+

Deputat Avstraliyanın XİN başçısı ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva Avstraliya XİN rəhbəri və Sidney meri ilə görüşüb.

Adalet.az xəbər verir ki, millət vəklili görüşdə Azərbaycanla Avstraliya arasında əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə də toxunub.

Müzakirələr zamanı millət vəkili onlara Azərbaycan, Qarabağ həqiqətləri və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib.

Görüş zamanı iki ölkənin qadın siyasətçləri, iş adamları, QHT, KİV nümayəndələri arasında münasibətlərin, qarşılıqlı səfərlərin vacibliyi və əməkdaşlığın inkişafı üçün böyük prespektivlərin olduğu vurğulanıb.

Deputat həmçinin Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı mövzularda Avstraliyanın bəzi KİV-lərinə müsahibələr verib.