adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 May 2018 15:14
14027
SİYASƏT
A- A+

Milli Məclisin yaz sessiyasının son iclasının vaxtı məlum olub

Milli Məclisin yaz sessiyasının sonuncu iclasının vaxtı məlum olub.

Parlamentin yaz sessiyasının sonuncu iclası mayın 31-də keçiriləcək.

Sessiyanın sonuncu iclasının gündəliyi yaxın günlərdə açıqlanacaq.

Daxili Nizamnaməyə uyğun olaraq, Milli Məclisin yaz sessiyası may ayında keçirilən sonuncu iclasla yekunlaşacaq.

Bundan əlavə, son illər parlamentin yaz sessiyası başa çatdıqdan sonra iyun ayında növbədənkənar iclas çağrılır. Bu il də istisna deyil.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasının ilk iclası fevralın 1-də keçrilmişdi.