adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 May 2018 14:42
11340
SAĞLAMLIQ
A- A+

Daha 3 nəfər Ebolaya yoluxdu

Konqo Demokratik Respublikasında Ebola virusuna daha 3 yeni yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, respublikanın iki şəhərdə ümumilikdə 14 nəfər bu xəstəliyə yoluxub.

Bundan başqa, 26 nəfərin virusa yoluxma şübhəsi ilə nəzarətə götürüldüyü bildirilir.

Qeyd edək ki, Konqo Demokratik Respublikasında növbəti dəfə Ebola virusu barədə məlumatlar mayın 8-də yayılmağa başlayıb. Bununla da, Ebola bu ölkədə 9-cu dəfə yayılır.
Qeyd edək ki, Ebola virusu ilk dəfə 1970-ci illərdə aşkar edilib.