adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 May 2018 11:22
15595
GÜNDƏM
A- A+

Deputat: “Rəsulzadə ilə bağlı təkliflərə laqeydlik var, etmək istəmirlər”

"Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına olduqca laqeydlik var. Mən xeyli əvvəldən Məhəmməd Əmin Rəsulzadənin ata ocağının muzeyə çevrilməsi ilə bağlı məsələ qaldırmışdım. Buna bir laqeydlik var, kimsə etmək istəmir. Bundan əlavə, Nuru Paşaya da xüsusi laqeydlik var. Onun Azərbaycan xalqına etdiyinin müəyyən qədər əvəzini verməyi kimsə düşünmür. Ona görə də bu istiqamətdə heç bir addımın atılacağı nəzərdə tutulmur . Yəqin ki, mayın 28-də Cümhuriyyət qurucularının xatirəsinə ucaldılmış abidə ziyarət olunacaq. Vəssalam. Yeni birşey düşünülmür”.

Adalet.az xəbər verir ki, bu sözləri Modern.az-aaçıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa deyib.

Deputat bildirib ki, ermənilərin öz tarixinə, irsinə olan münasibətində bizimki arasında böyük fərq var.

"Görünür, bu bizim mentalitetdən irəli gəlir. Biz keçmişimizlə bağlı məsələlərdə hansı ki dəyərlər var, onu yaşatmaqda maraqlı deyilik. Hansı naqisliklər, neqativliklər var, onu qabartmağı sevirik. Xalqımıza xidmət etmiş insanlara dəyər verilmir. Amma kimsə xalq ziyan vurubsa, onlar daha çox qabardılır. Yəni, Qatır Məmmədlər, Əli Bayramovlar və başqaları daha çox önə çıxarılır. Ona görə də bu məsələdə bizim dəyişməyimiz üçün ictimai şüurun o səviyyəsi yetişməyib. Bu, rəsmi məqamlarla bağlı yanaşma deyil, xalqın da yanaşmasında belə hallar var. Xalq ancaq çətin, ağır günündə xilaskar axtarır. Amma xilas edib gedəndən sonra heç kim evində, ofisində ya Nuru Paşanın və ya bu cür Azərbaycanı xilas etmiş şəxsiyyətətləri xatırladacaq nəsə görümür . Bu yoxdursa, deməli unutqanlıq mentalitetlə bağlı məsələdir”.