adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 May 2018 11:44
17181
DÜNYA
A- A+

Qərbin yeni “Barbarossa planı”: Alman ordusu niyə güclənir?

Alman ordusu – müharibənin qalıqları deyil. Əksinə, bundesver Qərb və Şərq blokları arasında qarşıdurmanın bitməsindən sonra maksimum gücünə çatdı. Məhz bundan sonra onlar əsl müharibələrdə iştirak edə və real hərbi itkilərə məruz qala bildilər. Ancaq gəlin düzünü danışaq: Dünyanın ən böyük güclərinin gözlənilmədən uzaq ölkələrin və onların əhalisinə çökdüyü bu humanitar müdaxilələr – heç də 180 minlik ordusu, 100 mindən çox ehtiyatı, ən güclü tankları və sualtı qayıqları olan ordu üçün nəzərdə tutulmayıb.

Bu sözlər "İnosmi” saytında dərc olunan Sebastyan Karlensin yazısında qeyd olunub.

Tarixə düşən sonuncu belə hadisə olan "Barbarossa əməliyyatı” 1945-ci ildə mütləq məğlubiyyətlə nəticələndi. O vaxtdan indiyədək revanşa hazırlıq aparılır. "Xüsusən Rusiya ilə gərgin münasibətlərə görə” Müdafiə naziri Ursula fon der Lyayen bundesverin ehtiyat qüvvələrini gücləndirmək niyyətindədir. Bu qüvvələr regional münaqişələr zamanı, o cümlədən piyada qoşunları yeniləmək üçün istifadə oluna bilər. Heç kim ehtiyat qüvvələri Mali və Əfqanıstana terrorçularla mübarizə üçün göndərmək istəmir. Ancaq söhbət Rusiyadan getsəydi, Müdafiə Nazirliyi 1941-ci ildə Sovet İttifaqına hücumla bağlı "Barbarossa planı”ndan nəticə çıxarmağa hazır olardı. Rusiyanın sonsuz üfüqlərində hərəkət etmək üçün çox sayda şəxsi heyət lazımdır.

"Ən azı 2014-cü ildə Krımın anneksiyasından sonra məlum oldu ki, bundesver ölkənin və alyansın müdafiəsinə daha çox köklənməlidir”, - müdafiə naziri hesab edir. Ölkənin müdafiəsi der Lyayenin tutduğu vəzifənin var olmasının başlıca səbəbidir. Məhz buna görə də bu vəzifə "Müdafiə naziri” adlanır, "Müharibə naziri” yox. Hələ ki, bu nazirliyin heç bir müdafiə nazirinə ordudan öz ölkəsinin müdafiəsi üçün istifadə etmək zərurəti yaranmayıb, ancaq ordu digər ölkələrin ərazisindəki əməliyyatlara sonsuz şəkildə qarışır.

"Alyans” dedikdə, fon der Lyayen, əlbəttə, NATO-nu anlayır. Bir qədər dəqiq desək, Rusiya sərhədlərinə qədər uzanan bu alyans orada geniş hərbi bazalar şəbəkəsi yaradıb və artıq neçə illərdir Baltik ölkələrində təlimlər keçirir.

"Təhdidlər Rusiyadan gəlir” şayiələri o vaxtkı Qərb Almaniyada ideoloji "yenidənqurma" lazım olan dövrlərdə kök salmışdır. Eyni şeyi "iks saatı” hadisəsi ilə bağlı da demək olar. Həmçinin "iqtisadi möcüzə” hadisəsi ilə bağlı da.

Rusiyanı fəth etmək üçün iki uğursuz cəhddən sonra üçüncü bir cəhdin uğurla nəticələnə biləcəyi barədə heç bir əlamət yoxdur. Ancaq imperiya hətta qələbə şanslarının az olduğunu bildiyi halda belə dayana bilərmi?

Əgər bu belə olsaydı, onda bəşəriyyət iki dünya müharibəsi yaşamaq məcburiyyətində qalmazdı.(axar.az)