ANA SƏHİFƏ / ŞOU-BİZNES

"Röyanın konsertində dicey olublar" - Roza əkizlərdən danışdı

8490    |   2018-05-19 11:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müğənni Roza Zərgərli illər əvvəlbirlikdə çalışdığı əkizlər Sevil və Sevinc Səfərova haqda qalmaqallı açıqlama verib.

Adalet.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Xüsusi layihə"dəbacılarla arasında baş verən küsülülüyün səbəbini açıqlayıb:

"S-twins" qrupunun həm sponsoru, həm direktoru, həm prodüseri, həm də meneceri idim. İllər əvvəl Röyanın konsertində dicey kimi səhnəyə çıxıblar. Onları bu hadisədən xəbərim olmadan yanıma götürdüm. Tələ qurulmuşdu, onları dövlət tədbirində gördüm. Həmin vaxt səhər efirlərindən birinə məni dəvət etdilər, çox yorğun idim. Öz yerimə bu qızları təklif etdim. Veriliş imtina etdi ki, özünüz də olun. Ondan 4 ay sonraqızları layihə kimi götürdüm. Çünki mən əkiz olmuşam, bacım dünyasını dəyişib. Onun xatirəsinə əkizləri götürdüm. O vaxt toylara getmirdim. 10 min manata toy deyilirdi, yerimə 3-4 minə bunları göndərirdim. Ancaq da mənim repertuarımı oxuyurdular. Əziz bacımın xatirəsinə görə onlara dəstək durdum.Əkizlərin gəlib qızlarına görə məndən xahiş edən anası onlara tərbiyə verməyib.

Aramızdan qara pişik keçməyib. Yanvarda gəldilər dedilər ki, gedirik, sizlə işləmək istəmirik. Soruşdum ki, niyə? Cavab verdilər ki, siz bizi çox sıxırsınız, saat 11-dən sonra dostlarımızla otura bilmirik.

Bu söhbət burada da bağlansın, heç vaxt danışmayacam. Mənə bu haqda sual da verilməsin".




İmza:
SON XƏBƏRLƏR
2018-07-19
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK