ANA SƏHİFƏ / MARAQLI

Kişilər zorlanır, hamilə qadınlar... – Keçmiş agentdən TÜKÜRPƏDİCİ İDDİALAR

11088    |   2018-05-19 11:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yeni direktoru Gina Haspel Amerika həbsxanalarında işgəncələr proqramında iştirak edirdi.

Publika.az"RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı, hazırda Rusiyada yaşayan Edvard Snouden bildirib.


Edvard Snouden

Onun sözlərinə görə, Haspel işgəncələrin sübutları kimi istifadə oluna biləcək 92 video kasetin məhvini şəxsən əmr edib. Bu işgəncələrə hamilə qadınların döyülməsi, nahardan imtina etmiş kişilərin zorlanması və qandallı şübhəlilərin ölümə qədər dondurulması daxil idi.

Martda "Nyu-York Tayms” qəzeti bildirdi ki, Haspel 2002-ci ildə terrorizmdə şübhəli hesab olunanlara işgəncələri müşahidə edir və Tailandda məxfi həbsxanada amansız dindirmələri təsdiqi olan video kasetlərin məhv edilməsində iştirak edirdi. Onun adı tam məxfi fərmanda yer alıb. Həmin fərmanda işgəncələrə aid bütün görüntülərin məhv edilməli olduğu bildirilirdi.


Gina Haspel

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Trampın MKİ-nin direktorluğuna namizəd göstərdiyi Gina Haspel Senatda 45 səs əleyhinə, 54 səs lehinə olmaqla təsdiqlənib.




İmza:
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK