adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
19 May 2018 11:07
13060
DÜNYA
A- A+

Sarkisyan ailəsinin hesabları donduruldu

Erməni Vəkillər Assosiasiyası sabiq prezident və baş nazir Serj Sarkisyanın ABŞ səfirliyindəki hesabları ilə bağlı qalmaqallı məlumatları araşdırmağa çalışıb.

Adalet.az oxu.az-a istinadən xəbər verir ki, Erməni Vəkillər Assosiasiyasının sədri karen Zadoyan bildirib ki, ABŞ tərəfi Serj Sarkisyan və onun ailəsinin hesablarının dondurulması ilə bağlı məlumatı təkzib etməyib

Bundan əvvəl, erməni KİV-də Serj Sarkisyan və onun ailəsinin ABŞ-dakı hesablarının dondurulması və beynəlxalq korrupsiyaya qarşı idarənin nümayəndəsinin Ermənistana araşdırmalara gəlməsi barədə məlumat yayılıb.

"Biz ABŞ səfirliyinə müraciət etdik. Məlumatı təsdiqləmədilər, lakin təkzib də etmədilər", - deyə Zadoyan bildirib.