adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 May 2018 11:00
15939
İDMAN
A- A+

Ronaldo dünya çempionatına qədər bu məsələni həll etməyə çalışır

"Real" və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldudünya çempionatına kimi vergidən yayınması ilə əlaqədar açılan işləri həll etmək niyyətindədir.

Adalet.az goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu 14 milyon avro cərimə ödəməyə hazırdır. O, vəkili vasitəsilə məhkəməyə göndərdiyi məktubda vergi qanunvericiliyinin 4 bəndini pozduğunu etiraf edib.

Ronaldu ilk dəfə 2017-ci il 31 iyulda məhkəmədə ifadə vermişdi. Dövlət ittihamçısı onun 14.8 milyon avro cərimə ödəməsini tələb etmişdi. Vergi orqanları isə hesab edir ki, ödəniş 25.7 milyon avro olmalıdır. Hücumçu öncə 3.8 milyon avro ödəməyi təklif etsə də, rədd cavabı almışdı.