adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 May 2018 17:09
19631
DÜNYA
A- A+

Gülənlə bağlı yeni iddia - Türkiyənin gündəmi dəyişdi

Türkiyənin müxalif Cumhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Muhərrəm İncənin Fətullah Gülənlə bağlı CNN Türk telekanalının canlı efirində səsləndirdiyi fikirlər cəmiyyətdə böyük səs-küyə səbəb olub.

Adalet.az xəbər verir ki, prezidentliyə namizəd ABŞ-ın dövlət rəsmisinin ona bu mövzu ilə bağlı zəng etdiyini deyib.

"ABŞ-ın bir dövlət rəsmisi mənə zəng vurdu. Dedi ki, Türkiyə hökuməti Fətullah Gülənin təvhil verilməsiniABŞ-dan qaydalara uyğun olaraq istəməyib”, - İncə deyib.

İncənin bu iddiaları birmənalı qarşılanmayıb. Rəsmi Ankara onu yalan danışmaqda suçlayıb.

"Cənab İncə, unutma ki, türk xalqı başqa ölkədən telefonla zəng edənlərin istifadə etdiklərinə kukla kimi baxır. Kuklaları da prezident seçməz. Sənə kim zəng edibsə, yalan söyləyir”, - deyə Türkiyə baş nazirinin köməkçisi, hökumətin mətbuat katibi Bəkir Bozdağ bildirib.

Bozdağ FETÖ lideri Fətullah Gülənin gec-tez məhkəmə qarşısına çıxarılacağını söyləyib: "FETÖ-nün lideri, 15 iyul dövlət çevrilişinə cəhd və bir çox cinayətlər törədən terrorçu Fətullah Güləni və ona işləyən terrorçuları dünyanın harasında olurlarsa olsunlar, hansı deşiyə girirlərsə girsinlər, tapacağıq, gətirəcəyik və mühakiməyə təslim edəcəyik. Qaça bilməyəcəklər.”

Qeyd edək ki, Türkiyənin Ədliyyə Nazirliyli də bəyanat yayaraq, İncənin iddialarının reallıqdan uzaq və mənbəyinin tamamilə naməlum olduğunu bildirib.(azvision.az)