adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 May 2018 16:23
11871
GÜNDƏM
A- A+

“Bayılda dağılan evlərin çoxu daxmadır” - Dövlət Agentliyi

"Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsindəki evlər standartlara və tikinti normalarına uyğun inşa edilməyib”

Adalet.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli bildirib. O, həmin ərazidəki sürüşmənin evlərin çox köhnə olması ilə əlaqələndirib.

"Orada tikinti normalarına və qaydalarına əməl olunmadan evlər tikilib və əsas problem də budur. Evlər zəif və tikinti qaydalarına cavab verməyən şəkildə tikilib. Uzun müddət o evlər istismar olunub, köhnəlib və təmir edilməyib. Ona görə də evlər dağılıb. Bunun sürüşməyə aidiyyatı yoxdur”.

Rəis müavini vurğulayıb ki, ərazidəki 1, 2 mərtəbəli evlərin çoxu daxma formasındadır: "Təkcə o küçədə deyil, bütün məhlələlərdə evlər belədir. Ora boş yerə "Şanxay məhəlləsi" deyilmir. Həmin ərazi insanların yaşaması üçün təhlükəli hesab edilib”.

Qeyd edək ki, 2018-ci il may ayının 15-də saat 20.00 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı prosseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. 20 fərdi ev təhlükəli ərazidədir. Ümumilikdə isə Buxta küçəsindəki təhlükə yaranmış ərazidən 22 ailə (55 nəfər) köçürülüb.