adalet.az header logo
  • Bakı 13°C
18 May 2018 15:50
17817
DÜNYA
A- A+

İstanbulda Qüdslə bağlı zirvə toplantısı keçirilir

Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin zirvə toplantısı keçirilir. İclas ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən fələstinlilərin İsrail hərbçiləri tərəfindən öldürülməsinə həsr olunub.

Adalet.az-ın məlumatına görə, Türkiyənin arici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Qüds məsələsində müsəlman ölkələri birlik nümayiş etdirməli və digər ölkələrin ABŞ-ın ardınca getməsinin qarşısını almalıdır.

"İslam Əməkdaşlıq Təşkilatının bəzi üzvlərinin Fələstin məsələsinə sahib çıxmaması bizi kədərləndirir. Buna qarşı tədbirlər görməliyik. İsrailin insanlıq cinayətinə ən sərt formada münasibət verməliyik. İsrailin işğalçı, təcavüzkar və zülm siyasətinə son qoyulmasının zamanı çoxdan yetişib” - deyə Çavuşoğlu bildirib.