Faiq QİSMƏTOĞLU: … ÜRƏYİ PARTLAYA BİLƏR…

FAİQ QİSMƏTOĞLU
56004 | 2018-05-18 15:13

… Təkcə insanların,adamların, canlıların ürəyi olmur. Sözün də, şeirin də, sənətin də ürəyi və qəlbivar. Və bu ürəyi, bu qəlbi bir balaca narahat eləyəndə, incidəndə səndən həmişəlikküsə bilər. Elə bəlkə də incitdiyimizə görə o şeirlər, o hikmətli sözlər, o bədiidəyəri olan ifadələr artıq bizdən qaçaq olub…

Çünki sözü, şeiri,kitabı elə urvatdan salıblar ki, çətin ki, bir də o əvvəlki şirinliyinə, koloritin,məlahətinə qayıda bilə. Dünən axşam tanınmış bir alim qonşum mənə şeirlər kitabıverdi. Dedi ki, qonşuluqda hamıya paylamışam, bircə sən qalmısan. Kitaba baxıb gördümki, həddindən artıq qalındı. Nə az, nə çox, düz 400 səhifədən ibarət şeirlər toplusudu.Ərinib - eləmədən evə gələn kimi kitaba göz gəzdirdim. İnanın, o 400 səhifəlik kitabıniçində bir misra olsun obrazlı ifadə, poetik söz tapa bilmədim. Necə əsəbləşdimsə,kitabı cırıq-cırıq eləyib tulladım…

İstedadlı şair ZəlimxanYaqubun bir deyimi var: «Çalışma ki, kitabın qalın olsun, çalış ki, kitabın qalanolsun». İndiki kitabların 80-90 faizinin kitabdan xəbəri yoxdur. Və 80-90 faizi kitabların çoxuna baxıb görürsən ki, o ancaq maklatura təsiri bağışlayır. Və bu kitabları da soyuq qışhavalarında odun tapıb sobasını yandıra bilməyənadamlar elə ocaqda yandırıb qızınsalar daha yaxşı olar...

Kitab deyəndə mənimyadıma müqəddəs kitabımız olan «Qurani-Kərim» düşür. Kitab deyəndə mənim yadımaNizaminin, Füzulinin, Nəsiminin, Mirzə Cəlilin, Axundovun, Hüseyn Cavidin, ƏhmədCavadın, Mikayıl Müşfiqin, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Məmməd Arazınbir-birindən gözəl şeirlər kitabı düşür. O kitablar ki, onun hər misrası, hər sözü,hər ifadəsi insana təravət gətirir, sevgi bəxş edir və qəlbində, ürəyində yaşamaqeşqi oyadır…

Bəyənmədiyimiz sovethökumətinin vaxtında hər hansı bir şairin kitabı ən azı beş-altı mərhələdən keçərdi.Hətta gənc şairlərin deyil, xalq şairlərinin də kitabları, poemaları, povestlərimüxtəlif redaktoruların süzgəcindən ələnəndən sonra işıq üzü görürədi. Və bu kitablarda 30-40 min tirajla çap olunardı. Məsələn, Hacıbala Əlizadənin «İtgin gəlin» romanı40 min tirajla çap olunmuşdu, amma onu tapmaq olmurdu. Sonradan Mərkəzi Komitənintapşırığı ilə o kitab yüksək tirajla çap edildi. Çünki o kitablar kitab idi, o kitablarınbədii dəyəri vardı və o kitablar on minlərlə oxucular tərəfindən sevilə-sevilə oxunurdu.

Bu yaxınlarda hansısasaytların birində Ali Sovetin sabiq sədri Yaqub Məmmədovun bir müsahibəsini oxudum.Jurnalist ondan soruşur ki, siz hansı kitabları oxuyursunuz? O sizə cavab verirki, ən çox klassikləri oxuyuram. O cümlədən Cabir Novruzu, Məmməd Arazı, BəxtiyarVahabzadəni həmişə oxumuşam və yenə oxuyuram. Jurnalist ona ikinci sualı ünvanlayır.Soruşur ki, bəs gənc şairləri oxumursunuz? Məsələn, bir gənc şair var, deyir ki,mən Səməd Vurğundan da böyük şairəm. Bax, bu suala Yaqub Məmmədovun cavabı çox sadəolub. İnsan nə qədər istedadlı olsa da, gərək təvazökarlığını itirməsin…

Bizdə bəzi gənc istedadlışairlər var. Gözəl şeirlər yazırlar. Amma onların yeganə qəbahəti ondan ibratədirki, klassikləri və keçmiş istedadları tənqid yox, söyməklə gündəmdə qalmaq istəyirlər.Bax, bunun özü o gənc istedada bir balaca yox, elə böyük mənada kölgə salır. Əgərsənin istedadın varsa, hər hansı klassikdən də yaxşı yazı ortaya qoya bilirsənsə,təbii ki, səni arayıb-axtaracaqlar. Tay kimisə yıxıb sürüməklə yox!

Axı bayaq dedik,söz də insan kimidir, onun ürəyi var. Ancaq bizbu ürəyi tez-tez sındırmaqda davam edirik. Məsələn, çox tanınmış elmlər doktorları,professorlar zəif bir şair haqqında elə tərifləryağdırırlar ki, şəxsən həmin tərifi yağdıranda bir ədəbiyyat həvəskarı kimi mənimayağımın altından yer qaçır və ətim tökülür. Məmməd Araz barəsində, Bəxtiyar Vahabzadəhaqqında, lap Ramiz Rövşən yaradıcılığına dair deyilən sözlər həmin zəif şair haqqındasəsləndirilir. Bax onda sözün, şeirin ürəyi tapdalamasın, neyləsin?

Bir dəfə mənim bir yerlim vardı, xanım idi. Şeirlər kitabıçıxmışdı. Çox yalvarıb-yaxarırdı ki, kitabı haqqında bir neçə kəlmə fikrimi söyləyim.Mən də onun özü haqqında danışdım, şeirləri haqqında bir kəlmə də söhbət açmadım.Ancaq şeirlərinin adını çəkdim. Dedim bunun yaxşı və pis olmasını oxucular dəyərləndirəbilər. Həmin yazıdan sonra o xanım məndən küsdü və indiyə qədər də mənimlə kəlməkəsmir…

Sözə, şeirə, ifadəyəxəyanət etmək olmaz. Çünki söz çox müqəddəsbir varlıqdı. İndi əli qələm tutan şeir yazır və beş-on gündən sonra da qalın birkitab çap elətdirir. Biz üniversitetdə oxuyanda çox istedadlı və savadlı müəllimimizvardı. Aydın Əbilovu deyirəm. Azərbaycan dilinin qrammatikasından bizə dərs deyrədi. O vaxtlar da zəif kitablarolurdu. Amma indiki kimi çox deyildi. Bu zəif kitabları təhlil edəndə rəhmətlikAydın Əbilov yana-yana bildirərdi ki, mən də şeir yaza bilərəm. Qafiyəni, ölçünü,vəzinlərin hamısını o şeir yazanlardan daha yaxşı bilirəm. Amma mən şeir yazsam,o şeir olmaz. Olar söz yığını. Şeir odur ki, onu Allah-Təala sənə gönədirir, səndə kağıza köçürürsən…

… Bax, beləcə biroxucu olaraq şeirimizin bugünkü vəziyyəti məni çox narahat eləyir. Çünki şeirə çoxlarısöz yığını kimi baxır. Və söz yığınını da hazırlayıb kitab halına salırlar. Bəsədəbi tənqid hara baxır? Sanki bu gün Azərbaycanda ədəbi tənqid yox, ədəbi tərifvar. Kim bir balaca bəzi tənqidçiləri «görürsə», «bığını yağlayırsa» o da həmincızma-qaraçının tərifini göyün yeddinci qatına qaldırır. Tənqidçilər məndən inciməsinlər.Bu gün məmləkətimizdə Məmməd Arif Dadaşzadə, Yaşar Qarayev, Bəkir Nəbiyev kimi obyektiv,hər hansı bədii əsəri təhlil və aşkarlayan tənqidçilər gözə dəymir. Bəlkə də varbiz tanımırıq…

Elza Seydicahan çoxgözəl bəstəkar, gözəl də müğənnidi. Hətta deyərdim ki, çox gözəl də xanımdı. Ancaqonun şeirə, poeziyaya heç bir dəxli yoxdur. Əksinə, yazdıqları o cızma-qaralarlaböyük istedadının üstünə kölgə salır. Hardasa istedadlı şairlər Qulu Ağsəs və DayandurElza xanımın şeirlərinə iradlarını bildiriblər. Elza xanım da bu fikirləri səsləndirirki, nə Qulu Ağsəs şairdi, nə də Dayandur. Mən onlardan yaxşı şairəm. Qulu Ağsəsinpoeziyası qədər səmimi, şeirləri qədər doğma olduğu kimi özü də çox saf, büllurvə təmiz insandır. Bir dəfə onunla Vaqif Bəhmənliylə bir yerdə oturub çörək kəsəndətanış olmuşam. Vaqif dedi ki, Faiq mənim əmimoğuldu. O da «tanıyıram» deyə fikrinibildirdi. Ümumiyyətlə, bu gün poezİyamızda Vaqif Bəhmənli kimi, Qulu Ağsəs kimişairlər barmaqla sayılır. Çünki onlar şeirə, poeziyaya öz balaları kimi baxıblar.Və heç vaxt qələmə, sözə, şair vicdanına xəyanət etməyiblər. Nə isə...

Çox danışıb baş ağrıtmaqistəmirəm. Çünki deyə bilərlər ki, sən şair deyilsən, niyə belə fikirlər səsləndirirsən?Ancaq şair olmasam da, yaxşı və pis şeirin nə olduğuna az-çox dəyər verməyi bacarıram.Və elə bir axşam olmur ki, kitab rəfimdən Ramiz Rövşəndən, Vaqif Bayatlı Odərdən,Vaqif Bəhmənlidən bir neçə şeir oxumayım. Klassikləri də oxuyuram. Ancaq bu üç şairmənim ruhuma, qəlbimə yaxın olduğuna görə, hər axşam bir şeir də olsa oxumalıyam.Və bundan sonra qəlbim sakitlik tapır…

… Sözün də, şeirində bayaq dediyimiz kimi, ürəyi, qəlbi var. Və bu ürəyi, qəlbi biz çox incidirik.O qədər çox incidirik ki, o sözlərin, o şeirlərin axı ürəyi partlaya bilər. Şeirinürəyi partlayarsa, biz insanların ürəyi çoxdan partlayar. Gəlin, şeirimizin və poeziyamızınürəyini qoruyaq. Əgər onu qoruya bilsək, elə öz ürəyimizi də qoruyacağıq…


TƏQVİM / ARXİV