Əbülfət MƏDƏTOĞLU: ÜRƏK YAMAN ŞEYDİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
58852 | 2018-05-18 15:10

Ömür bir gözqırpımıdı deyirlər. Yəni "ol"dan "öl"ə kimi bir məsafə...başlanğıc və son!... gəliş və gediş... Görünür elə buna görə gəlimli-gedimlidünya deyiblər. Və mən də bu gəlimli-gedimli dünyanın müsafirlərindən,qonaqlarından biri kimi sırada dayanmışam. O sıranın uzunluğunu, növbə məqamınıbilməsəm də, amma mövcudluğuna inanıram. Və hətta mübahisə etməyə hazıram ki,heç kim bu sıranı poza bilməz. Lap ən imkanlı, ən qolu zorlu adamın adamı olsambelə!..

Bəli, neçəgündür ki, ağlımdan, fikrimdən, hətta ürəyimdən çıxmır itirdiklərim, ömrümdənqopub gedənlər. Elə bil çəkirlər məni özlərinə tərəf. Və mən də heç birinad-zad göstərmirəm. Çünki onların qarşısında inad etməyə nə haqqım var, nə dəgücüm. Çağıran dostlardı, doğmalardı. Özü də ən etibarlı, ən güvənli dostlar,doğmalar. İnsanın belə məqamda ağlından hər şey gəlib keçir. Özünü toparlamaq,öz ağlından gəlib keçənləri ipə-sapa düzmək çətinləşir. Və eləcə hiss edirsənki, əriyirsən şam kimi, çökürsən dəvə kimi. Dizin yavaş-yavaş yerə gəlir. Məncəburda da bir məna var, özü də gerçək məna. Axı, Yaradan bizə "ol!"deyib torpaqdan yaradıbdı. Ona görə də torpağa çökürük, torpağa yaxınlaşırıq. Yəniilkinliyimizə qayıdırıq. Qayıdanların qayıdışı mübarək! Biz isə hələ də buqayıdışın növbəsindəyik...

Düşünəcəksinizki, bu qədər pessimist və kədərli notlar nəyə gərəkdir. Onsuz da həyatımızınişığı heç də gur deyil, əksinə, öləzimiş şam işığıdı. Və bu şam işığında səhərləriaçmaq, günləri yola vermək, nəsə yaratmaq, nəsə qurmaq, nəyisə dəyişmək çox çətinliklərhesabına başa gəlir. Bu çətinliyin ilk ünvanı ürəkdi! O ürək ki, əslində yumruqboyda ət parçasıdı. Amma geniş anlamda o yumruq boyda ürəyə yerlə göy, həttadünyalar elə rahatca sığır ki, onun ölçüsü önündə heyrətlənməyə bilmirsən. Vəyaxud da o yumruq boyda ürəkdə o qədər sevgilər, nifrətlər olub ki, sayıbqurtarmaq mümkünsüz hala gəlib. Yəqin siz də eşitmiş olarsınız. Bəzən zarafatladeyirlər ki, filankəsin ürəyi dəmiryol vağzalıdı. O qədər gəlib-gedəni var ki?!Bu fikrin hansı mənada deyildiyini şərh etməyəcəm. Bilənlər bilir, bilməyənlərdə üz tutub bilənlərdən soruşarlar. Nə isə...

Hə, indi mən dəürəyimi qoymuşam qarşıma və onu vərəqləyirəm. Sonra da götürüb silkələyirəmgörüm nə düşəcək, nə töküləcək onun küncündən-bucağından. Və yaxud nələr ilişibqalacaq oralarda. Ha cəhd edirəm istədiyim nəticəni ala bilmirəm. Özü də görürəmki, silkələndikcə gücü, taqəti bir az da azalır, halsızlığı bir az da artır. Vəonda mənə aydın olur ki, nə vaxtsa yazdığım fikir gerçəkliyə çevrilməkdədir.Onda yazmışdım ki, "təklənir ürəyim, yaman təklənir!"

İndi də ağlımdangəlib keçənləri misralara çevirməklə özümü, ürəyimi ovutmaq istəyirəm. İstəyirəmdeyəm ki:


Hər gün hissedirəm kökdən düşdüyün,

Uzaqdan anbaanboylanır səsi.

Gizlədib içindəumub küsdüyün,

Tirtrəyir,qısalır, solur nəfəsi-

Ürəyimin!


Dolaşır gör necəbiri-birinə

Aparmır ayağıonu yerinə.

Dünən dağyarırdı eşqdən Şirinə

Bu gün dillənməyəyoxdu həvəsi -

Ürəyimin!


Gözü nurdandüşüb, yerin tutub qan,

Vaxtınnizamını itirdiyin san...

Yadınasalan da yoxdu ki, inan

Yamandaralıbdı artıq qəfəsi -

Ürəyimin!


Əsiredib öz içində təkliyin

Allahbilir təklikdən nə çəkdiyin!

Səsigəlmir uçub gedən kəkliyin

Deməkyoxdur nə kimsəsi, nə kəsi -

Ürəyimin!

***

Doğrudanda bu dünyanın qəribəliklərini, əzab və sevincini maqnit kimi özünə çəkən ürəkbaşqa bir möcüzədi, başqa bir varlıqdı, başqa bir dünyadı, daha bilmirəm başqabir nədi. Yadımdadı, orta məktəb illərində oxumuşdum. "Ürək yamanşeydi" əsərini. İndi daha dərindən anlayıram o fikrin alt qatlarını. Vəindi daha çox həmin əsərin müəllifi barəsində düşünürəm. O fikri, o sözü necətapdığını təsəvvür, təxmin etməyə çalışıram. Amma bilirəm ki, bunun mənim durumuma, mənim ürəyiminhalına elə də təsiri olmayacaq. Çünki yaman şey olan ürəyə zərbə dəydisə, iynəbatdısa, söz toxundusa, həmin yer mütləq zədələnir, mütləq qəlpələnir. Onusağaltmaq mümkün deyil. Ən məşhur ürək həkimləri yığışıb gəlsələr belə və həttadünyanın ən möcüzəli ürək əməliyyatını gerçəkləşdirsələr belə, həmin zədələnmişyer, zədələnmiş nöqtə mütləq kəsilib götürülür, ora yamaq vurulur, ora nə bilimnələr əlavə edilir. Bunlar ürəyin ömrünü uzadır, amma sınmış, kəsilmiş hissənigeri qaytarmır. Deməli, özümüzə təsəlli üçün söylədiyimiz ürək dəyişməsi, ürəkcərrahiyyəsi, daha nələr elmi uğur sayılsa da, tibbdə yenilik olsa da, Allahınbizim üçün sinəmizdə, vücudumuzda yerləşdirdiyi ürəyin ilkin formasını heç nə əvəzedə bilməz. Çünki hər kəsin öz ürəyi var, hər kəsin vücuduna uyğun ürək yerləşdirilibsinənin altında...

İndi mənim bufikirlərimi oxuyanda elə biləcəksiniz ki, elmə, xüsusilə tibb elminə qarşıçıxıram. Xeyr, sadəcə demək istəyirəm ki, müdaxilə edilmiş, əl toxunmuş, bıçaqdəymiş, iynə sancılmış, daha nə bilim nələr edilmiş vücudda həmişə bir zədəqalır, bir işarə qalır. Onun ilkinliyində bir dəyişiklik edilmiş olur. Və biz dəbuna uyğunlaşıb yaşayırıq. Amma bilmirik ki, ürəyin kəsilən hissəsi ilə birlikdə hansı duyğular, hansı xatirələr, hansı sevgilərbizdən götürülüb, bizdən kəsilib haralarasa atılıb. Bax, bunu bilsəydik, dərdimiz, şəxsən mənim dərdimçox-çox artardı. Və onda sənə yazdığım şeirlərin məna yükü də, özündə ifadəetdiyi qatlar da əvvəlki mahiyyətindən uzaq düşəcəkdi. Axı mən sənə yazmışamki:


Mən sənin gözündə,ömründə heç kim,

Qurduğum xəyallamən ovunmuşam.

Qurbanlığı olub,bu dəli eşqin -

Adəməm, cənnətdənmən qovulmuşam!..


Üzümə bağlanıbqapı, pəncərə

Ürəyim söykənibdurub xəncərə.

Sözüm toxunubdusultan Səncərə -

Gəlib qəzəbinə mənovulmuşam!..


Oxşamaq istədimteli, birçəyi

Qopartdı kökündəndili, dilçəyi...

Sevgi tumurcuğu,sevgi çiçəyi -

Ola bilmədik ki,tay sovulmuşam!..


***

Ömür yükünün çəkisidə müxtəlif olur. Elə ürəyin tutumu kimi. Ürək var ki, ona dünyalar sığışır, ürəkvar ki, iynə ucu boyda sevinci və yaxud kədəri qapı arxasında saxlayıb içəriburaxmır. Ona özündə yer tapa bilmir. Bax, dediyim ömür yükü də hamı üçün realolan bir şeydi. Amma o yükün altına çiyin verənlərin sayı, yük götürmə qabiliyyəti,hətta yükə münasibəti tamam fərqli olur. Bax, bu mənada bu dünyadan yükaparanlar da, bu dünyaya yük olanlar da. Mənə elə gəlir ki, duz yükününağırlığını başqa yüklərlə qarışdırmaq ən yaxşı halda nadanlıqdı, səriştəsizlikdi. Çünki müdriklərinsöylədiyi "qız yükü, duz yükü" ifadəsi özü-özlüyündə bu yükün çəkisiniortaya qoyubdu. Və hər gələnin də baxıb getdiyi dünyada həmin o duz yükü həmölçü vahidi, həm də bir ibrət, bir göstərmə nöqtəsidi. Ona görə də mən tam əmindeyiləm bu dünyaya nə boyda yük olduğuma. Amma bircə bildiyim odur ki, özyükümü özüm çəkirəm. Onun doğmalara, övladlara qalmasına, onlara yüklənməsinəimkan verməməyə çalışıram. İstəyim bircə odur ki, heç olmasa, bir nöqtə kimixatırlanmaq haqqım tapdalanmasın, əlimdən alınmasın. Və hər kəs bilsin ki, mənbəyan etdiyim sözün yenə arxasındayam. Axı, mən sənə yazmışdım ki:


Mən özümü asacam

Kirpiyindən,qaşından...

Fikir təkçıxmayacam -

Ürəyindən,başından...


Həyatına bir anda

Mənsizlikhopmayacaq...

Ömründəki naxışda -

Nə etsəmqopmayacaq...


Qəhqəhəndədonacam

Qalacampıçıltında...

Göz yaşına dönəcəm-

Damacamhıçqırtında...


Hər günxatırlayacaq

Xiffət də edəcəksən...

Çaşıb gələn zənglərə

Əbülfət - deyəcəksən!..


***

Yazımın əvvəlindəadətimə uyğun olaraq kökləndiyim hissləri, duyğuları sözə çevirməyə çalışdım.İstədim ki, birbaşa yox, dolayısı ilədeyim ki, ürəyimin durumu necədi? İstədim anladım ki, gücdən düşür, yorulur,dincəlməyə meyli get-gedə artır ürəyimin. İstədim ki, qələm çalmaqla, birvergül və yaxud nöqtə qoymaqla xatırladım ki, ürək yaman şeydi. Onunla oynamaq,onu oyuncaq eləmək, onu nişangaha, hədəfə çevirmək, onu dərd dərmanı etməkinsafsızlıqdı. Bilmirəm, bütün bunları deyə bildim, yoxsa yox. Deyə bildimsə,çox yaxşı. Yox, əgər deyə bilmədisə, deməli, ürəyin yaman şey olduğu artıq mənimüçün bir bağlanmaqda olan qapı mənasını da ifadə edəcək. Amma o qapı hansıyolla, necə bağlanır-bağlansın, fərqi yoxdu. O qapıya gələn yol sənin ömründənkeçib gəlir. Sən o yolu silə bilməyəcəksən. Və elə ona görə də şairsayağı deyirəm:


İncidin ki,soruşmadan izinsiz

Tellərinətoxunmuşam meh kimi...

Bilmədin ki, tərsbaxışın odunda -

Qurumuşam, yoxolmuşam şeh kimi!..


Xoş danışıb verməsəndə dil barı

Baxışınlakirpiyini sil barı...

Sən özümü uzaqtutdun, bil barı -

Telindəki izlərimibeh kimi...


Ötən anı, ötəngünü boş tutdun

Ümidimisuvarmadın - qurutdun!

Elə bilmə, Əbülfətiunutdun -

Qalacaqdı o,ömründə zeh kimi!..


Hə, məndediyimi, düşündüyümü yazıya aldım. Qaldı deyib düşündüyümü oxumaq, dinləmək.Bunu edənlərə də, etməyənlərə də öncədən "ürəyiniz sağ olsun, ürəyinizi qoruyun!" deyirəm.Axı, ürək yaman şeydi!..


TƏQVİM / ARXİV