adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 May 2018 13:59
20702
SİYASƏT
A- A+

Deputat səhiyyə sahəsini yoxlamağa ÇAĞIRDI

"Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bir neçə şöbəsində apardığı araşdırmalar nəticəsində çox ciddi qanunsuzluqlar aşkar edib. Hələ bir neçə şöbədə belə qanunsuzluqlar aşkar edilibsə, əksər şöbələr yoxlanarsa, ortaya hansı mənzərə çıxar? DSMF-də aşkar edilən bu qanunsuzluqlar gələcəkdə bu qurumu daha cidd qaydada yoxlanılmasını zəruri edir. Ona görə də Hesablama Palatasından tələb edirəm ki, bunu gələcəkdə nəzərə alsın və ciddi fikir versin”.

Bunu Milli Məclisdə Hesablama Palatasının 2017-ci il üzrə hesabatına münasibət bildirən deputat Musa Quliyev deyib. Deputat onu da bildirib ki, ildə 150-160 min yeni iş yeri açılsa da və həmin yerlərdə çalışan işçilər orta aylıq əməkhaqqı səviyyəsində pul alsalar da, DSMF-nin işşçilərin sığortalanması ilə bağlı verdiyi hesabatla uyğunluq təşkil etmir.

"Burada ya iş yerləri ilə bağlı statistika uyğun deyil, yaxud da burada hansısa qanun pozuntusu mövcuddur. Odur ki, bu məsələlər də ciddi araşdırılmalıdır”.


Musa Quliyev həmçinin, ünvanlı sosial yardım və əlilliyin verilməsi ilə bağlı baş verən qanun pozuntularının araşdırlmasını təklif edib. Deputat səhiyyə sahəsindəki fəaliyyətin araşdırılmasına auditin cəlb ediməsini təklif edib.


"Şəkərli diabet xəstələrinin testrlə təmin olunması ilə bağlı dövlət proqramı həyata keçirilir. Bu proqrqam 10 ildir həyata keçirilir və indiyədək bütün şəkərli diabet xəstələri tanmamilə testrlə təmin olunmalı idi. Lakin həmin sahədə ciddi çatışmazlıqlar var. Burada digər əsas məqam isə şəkərli diabet xəstələrinə ayda verilən 13 manat həcmindəki müavinətdir. Hansı ki, bu vəsaitlər heç bir testr etmir. Bu vəsait həddindən azdır. Ildə isə 20-30 min şərlərli diabet xəsətsi artır. Odur ki, bu məsələyə ciddi baxmaq lazımdır”.(modern.az)