adalet.az header logo
  • Bakı 13°C
18 May 2018 12:37
18720
DÜNYA
A- A+

Müsəlman ata oğlunun qatilini qucaqlayaraq onu bağrına basır

Müsəlman ata oğlunun qatilini qucaqlayaraq onu bağrına basır.

Bu barədə Britaniyanın məşhur "The İndependent” nəşri məlumat yayıb.

Sombat Jitmoudun 22 yaşlı oğlu Salhauddin 2015-ci ildə pizza sifarişini apararkən qarət edilib. Cinayətkarlar onun pulunu aldıqdan sonra, özünü də bıçaqla qətlə yetiriblər. Cinayətkarlardan biri olan Trey Relford yaxalanıb və ona ölüm cəzası verilib. Ancaq Salahuddinin atasıının onu bağışlamasından sonra cəzası 31 ilə endirilib. Salahuddinin atası:

"Mən sənin işlədiyin cinayətə görə səni günahlandırmıram. Mən sənə qarşı əsəbi deyiləm. Mən səni beə bir qorxunc cinayəti törətmək üçün yoldan çıxaran çeytana qarşlı qəzəbliyəm. Mən səni günahlandırmıram. Mənim sənə qarşı az da olsa qəzəbli olmadığımı bilməyini istəyirəm.Mən həqiuqətən də səni valideynlərinə görə üzülürəm. Bir ata kimi mən onlara görə çox üzgünəm. Onlar sənin uğur qazanmağını istəyirlər. Sənin uğurun onların uğurudur, sənin xoşbəxtliyin onların xoşbəxtliyidir. Amma indi onlar sənin törətdiyin cinayətə görə ağlamalıdırlar. Mən onlara görə üzgünəm. Bağışlamaq İslamda ən böyük yardım hədiyyəsidir. Oğlumun qətlində iştirakını Salahuddinin və onun dünyasını dəyişmiş anasının əvəzinə bağışlayıram”.

Relford daha sonra göz yaşlarını saxlaya bilməyib və üzr istəyib.

O deyib:

"Həmin gün baş verənlərə görə üzgünəm. Onu sənə qaytara bilmərəm. Ancaq bağışladığın üçün sənə təşəkkür edirəm”.

Relforda göz yaşlarını silməsi üçün cib salfeti verən atanın daha sonra onu bağrına basması bütün məhkəmə zalını qəhərə boğub. Daha sonra Relfordun valideynlərinin də onlara qoşulması insanlıq tarixinə yazılacaq bir səhnəyə səbəb olub. Hətta hakim belə göz yaşlarını saxlaya bilməyib və məhkəmədə fasilə elan edib.