adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 May 2018 12:24
18127
İDMAN
A- A+

Dünya ulduzunun butsları muzeydə nümayiş olunacaq

"Liverpul" klubunun hücumçusu Məhəmməd Salahın butsları Britaniya muzeyində, Qədim Misirə aid eksponatlar arasında nümayiş olunacaq.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, misirli hücumçu bu mövsüm keçirdiyi oyunları və vurduğu 32 qol ilə Premyer Liqa azarkeşlərinin sevincinə səbəb olub. Bu rekord sayəsində o, mövsümün "Qızıl buts” mükafatını qazanıb.

Muzeydə sərgilənən butslar UEFA Çempionlar Liqasının "Liverpul"un "Real" Madridə qarşı keçirəcəyi final matçında da nümayiş olunacaq.

Həmçinin Məhəmməd Salah 2018-ci il Dünya Çempionatının seçmə mərhələsində Misirin qrup mərhələsinə vəsiqə qazanmasında böyük rol oynayıb.