adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 May 2018 12:18
24044
MARAQLI
A- A+

Dünyanın ən varlı dilənçisi - hesabında 5,5 milyon dollar

Livanda uzun illərdir dilənçilik edən Fatma Muhamməd Osman adlı qadının öləndən sonra hesabından çıxan pul hamını şoka salıb.

Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, qadın 15 il Beyrutun əl-Basta əl-Fuka bölgəsində köhnə avtomobildə yaşayıb. Fiziki qüsurlu olan 54 yaşlı Fatma ötən gün hər zaman ona köməklik edən məhəllə sakinləri tərəfindən yatağında ölmüş vəziyyətdə tapılıb.

Polislərin axtarışı zamanı illərdir dilənçilik edən qadının özünə ev etdiyi avtomobilin içərisindən 5 milyon 700 min Livan lirəsi (təxminən 4 min dollar) tapılıb.

Bundan başqa, qadının bank hesabında 5,5 milyon dollar olduğu da öyrənilib.

Qeyd edək ki, Livanda gerçəkləşdirilən parlament seçkilərində Fatma Osman "Dünyanın ən varlı dilənçisi” olaraq adlandırılıb.