adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 May 2018 12:08
24867
MƏDƏNİYYƏT
A- A+

Vladiqafqaz teatrının tamaşası Bakıda

Vladiqafqaz teatrı Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edəcək.

Adalet.az-ın verdiyi xəbərə görə, V.Txansayev adına Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı "Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində may ayının 18-21 tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq.

Gənc Tamaşaçılar teatrı dünyanın bir sıra teatrları ilə, eləcə də Rusiya Federasiyasının tərkibində fəaliyyət göstərən teatr kollektivləri ilə "qarşılıqlı qastrol səfərlərinə dair" yaradıcılıq müqavilələri imzalayıb.

Müqaviləyə əsasən ölkəmizdə səfərdə olan V.Txansayev adına Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı Bakı tamaşaçılarına V.Korostılevin "Vova möcüzələr ölkəsində" tamaşasını təqdim edəcək.

Paytaxt tamaşaçıları 4 gün ərzində Vladiqafqaz teatrının maraqlı tamaşasını izləmək şansı qazanacaqlar. Qeyd edək ki, "Vova möcüzələr ölkəsində" birhissəli tamaşanın quruluşçu rejissoru Diana Çerçesov, rəssamı Vera Kasayeva, musiqi redaktoru Ruslan Daurovdur. Tamaşalar 18, 19, 20, 21 may tarixlərində dörd seans olmaqla 12:00, 14:00, 16:00 və 18:00-da nümayiş olunacaq.