adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 May 2018 11:13
21755
KRİMİNAL
A- A+

Azərbaycana qanunsuz gətirilən mobil telefonlar aşkarlandı

Azərbaycana qanunsuz gətirilən mobil telefonlar aşkarlanıb.

Bu haqda Adalet.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Qaz 31105" markalı nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 19 ədəd "Samsung" markalı mobil telefonlar və aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.