adalet.az header logo
  • Bakı 12°C
18 May 2018 10:53
13714
HADİSƏ
A- A+

Bakıda maşın, Sumqayıtda ev yanıb

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 15 kv.m olan qarajın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan "Nissan" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Adalet.az FHN-ə istinadən xəbər verir ki, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Sumqayıt şəhərində isə ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 6 kv.m sahədə yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 10 kv.m sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.