adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
18 May 2018 10:39
21438
İQTİSADİYYAT
A- A+

Azərbaycan neftinin qiyməti 81 dolları keçdi

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 2,21 dollar və yaxud 2,8% artıb. Adalet.az xəbər verir ki, nəticədə "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 81,03 dollar təşkil edib.

Qeyd edək ki, "qara qızıl”ın qiymətinin bahalaşmasına təsir edən amillərdən biri ötən günlərdə ABŞ-ın öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürdükdən sonra Qəzza sektorunun sərhədində İsrail ordusu ilə toqquşmaların artmasının Orta Şərqdə neft təklifi ilə bağlı problemlərin yaranacağına dair ehtimallara zəmin yaratmasıdır.

Neftin qiymətindəki artıma digər səbəb isə ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxması və bu ölkəyə qarşı yenidən sanksiyalar tətbiq edəcəyi ilə bağlı qərarı ilə əlaqədar Fransanın "Total” neft-qaz şirkətinin İrandakı 4,2 milyard avroluq "Cənubi Pars” qaz yatağının 11-ci fazasının inkişaf etdirilməsi layihəsinin icrasını dayandırması, neft və dəniz daşımaları sahəsində dünyanın ən böyük şirkətlərindən biri olan Danimarkanın "Maersk” holdinqinin İrandakı bütün fəaliyyətini sona çatdırması, həmçinin "Siemens”in baş icraçı direktoru Joe Kaiserin şirkətin artıq İranla yeni əməkdaşlıq qurmayacağını bildirməsi səbəb olan faktorlardır.

Digər tərəfdən Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) son hesabatına görə, iqtisadi və siyasi baxımdan çətinliklər yaşayan Venesuelada gündəlik neft istehsalı apreldə martla müqayisədə 41 min 700 barrel azalaraq 1 milyon 436 barrelə düşüb. Venesuelada neft hasilatının azalması, eləcə də ABŞ-ın neft emalı zavodlarının iyun ayında təmirə bağlanacağı da "qara qızıl”ın qiymətinin bahalaşmasına təsir edən amillərdir.