Ülkər Musazadə Dövlət Agentliyinə mətbuat katibi təyin edildi
Tanınmış siyasi yazar Ülkər Musazadə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə mətbuat katibi təyin olunub.Bu haqda Dövlət Agentliyindən bildirilib.
Ülkər Musazadə bu günə kimi diaspora, lobbiçilik, Dağlıq Qarabağ məsələsi, Azərbaycan iqtisadiyyatı, Alternativ enerji və qeyri neft sektorunun inkişafı və sairə önəmli məsələlərlə bağlı beynəlxalq mətbuatda yazılarla çıxış edib.
Ülkər Musazadə Bakı Slavyan Universitetinin filologiya fakültəsini bitirib. Ölkə daxili və xarici bir sıra nüfuzlu nəşrlərdə çalışıb. Azərbaycan Sosial Rifah Partiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin sədri vəzifəsində çalışıb.
Voicepress.az Beynəlxalq İnformasiya Bürosunun təsisçisi və baş redaktorudur. Pakistan Azərbaycan Media forumunun rəhbəri, "Dilqəm və Şahbazı ziyarət et, həqiqətləri gözünlə gör!” adlı könüllü jurnalistlərdən ibarət layihənin təşəbbüskarıdır.
Parlament Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Pulun qanlı dodaqları” detektiv romanı və " Uzun yol” şeirlər toplusunun müəllifidir.
Qeyd edək ki, Ülkər Musazadə 01.11.2015 ci il tarixində keçirilən Parlament seçkilərində 33 saylı Xətai rayonu birinci seçki dairəsindən millət vəkilliyinə namizəd olmuşdu.
Digər Xəbərlər
18 Aprel 2024 10:58
Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur
17 Aprel 2024 12:16