Adalet.az | Qüdsə görə “Avroviziya” baykot edilir - Petisiya Adalet.az | Qüdsə görə “Avroviziya” baykot edilir - Petisiya Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Qüdsə görə “Avroviziya” baykot edilir - Petisiya

14863    |   2018-05-17 17:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

18 mindən artıq islandiyalı ölkənin gələn il keçiriləcək "Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin iştirakını boykot etmək üçün yaradılmış onlayn petisiyanı imzalayıb.

Adalet.az saytı axar.az-a istinadən xəbər verir ki, petisiyanın müəllifləri Fələstin-İsrail münaqişəsinə görə ölkənin milli kanalı RUV-dan yarışmada iştirakdan imtina etməsini istəyiblər. Təşəbbüs İsrail hərbçiləri ilə fələstinli etirazçılar arasında Qəzza sektorunda baş verən qarşıdurmalara görə başladılıb.

Petisiyaya dəstək verənlərin fikrincə, fələstinlilərin hüquqları pozulmağa davam etdiyi müddətdə "Avroviziya” kimi mötəbər yarışmada iştirak etmək olmaz.

RUX televiziyasının proqram direktoru Skarfedin Qudmunsson artıq petisiyaya münasibət bildirib. O, İslandiyanın adi qaydada olduğu kimi, Avroviziya-2019 mahnı müsabiqəsində də iştirak edəcəyini qeyd edib.

Xatırladaq ki, Avroviziya-2018-in qalibi İsrail təmsilçisi olduğu üçün növbəti yarış bu ölkədə keçiriləcək. Baş nazir Netanyahunun Avroviziya-2019-un Qüdsdə keçiriləcəyi barədə açıqlamasından sonra bu yarışmada ölkələrin iştirakı məsələsi müzakirəyə çıxarılıb.



İmza:
SON XƏBƏRLƏR
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK