adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 May 2018 17:10
11601
GÜNDƏM
A- A+

Namin və Baburun meyiti rayonlarına aparıldı

Ötən gün meyiti tapılan üç alpinistdən biri Cəbrayılzadə Fəridə Zəbiyulla qızının nəşi dəfn olunmaq üçün Masallı rayonuna gətirilib.

Adalet.az APA-ya istinadən xəbər verir ki,  F.Cəbrayılzadə rayonun Şərəfə kəndində torpağa tapşırılacaq.

***

Ötən gün meyiti tapılan üç alpinistdən biri - Cəbrayılzadə Fəridə Zəbiyulla qızı Masallı rayonunda dəfn olunub.

Mərhum Masallı rayonunun Şərəfə kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

Ötən gün meyiti tapılan alpinistlərdən biri Namin Bünyatzadənin meyiti Şəmkir rayonuna gətirilib.

Yas mərasimi Şəmkirin Yeni Həyat kəndində, mərhumun əmisinin evində keçirilir.

N. Bünyatzadə Çinarlı kənd qəbiristanlığında dəfn olunacaq.

***

İtkin düşən alpinistlərdən biri Babur Hüseynovun nəşi Astara rayonuna gətirilib.

Mərhum Astaranın Giləkəran kəndində dəfn olunacaq.