adalet.az header logo
  • Bakı 13°C
17 May 2018 16:45
19007
ELM VƏ TƏHSİL
A- A+

AzTU-da məktəblilər üçün Açıq qapı Günü keçirilib

Mayın 17-də Azərbaycan Texniki Universitetində (AzTU) Bakı şəhəri məktəbliləri üçün Açıq Qapı Günü keçirilib. Açıq Qapı Günündə Bakının 2 və 16 saylı Texniki-Humanitar liseylərinin, eləcə də 5, 53 və 225 saylı tam orta məktəbinin XI sinif şagirdləri iştirak edib. Şagirdlərlə birlikdə adı çəkilən məktəblərin direktorları və fizika, kimiya, riyaziyyat müəllimləri də Açıq Qapı Gününə qatılıblar.

Qonaqlarla görüşdə AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Universitet haqqında ətraflı məlumat verib. Bildirilib ki, yaranma tarixi 1950-ci ildən hesablanan Azərbaycan Texniki Universitetinin formalaşması daha əvvəllər başlayıb. Belə ki, XX əsrin əvvələrindən Azərbaycanda texniki ali təhsillə bağlı bir sıra işlər görülüb və bunun nəticəsi olaraq 1920-ci ildə ölkəmizdə ilk texniki ali məktəb – Bakı Politexnik İnstitutu yaradılıb. Azərbaycan Texniki Universitetinin məhs Bakı Politexnik İnstitutu əsasında formalaşdığını bildirən rektor əvəzi deyib ki, ötən 100 ilə yaxın müddətdə Azərbaycanda, o cümlədən Azərbaycan Texniki Universitetində texniki ali təhsilin demək olar ki, bütün istiqamətlərində elmi potensial yaradılıb və kadr hazırlığı həyata keçirilir.

Xalıq Yahudov inkişaf etməkdə olan sənayemizdə yüksəkbilikli mühəndis kadrlara böyük ehtiyac olduğuna diqqət çəkərək məktəbliləri texniki ixtisaslara yönəlməyə çağırıb.

Daha sonra məktəblilərin və onları müşayət edən müəllimlərin universitetə ekuskursiyası başlayıb. Burada onlar Azərbaycan Texniki Universitetinin laboratoriyaları, elmi-tədqiqat mərkəzləri, tamamilə kompyuterləşdirilmiş imtahan mərkəzləri, kitabxanası, müxtəlif auditoriyaları və muzeyləri ilə tanış ediliblər. Tanışlıq zamanı məktəblilərə

Əsasən I və II ixtisas qrupları üzrə ali məktəbə hazırlaşan məktəblilərin iştirak etdiyi Açıq Qapı Günündə bəzi tədqiqat işləri, eləcə də avadanlıqların işlə salınması elə məktəblilərin iştirakı ilə həyata keçirilib. Gəzinti zamanı kafedra və laboratoriya müdirləri ilə aparılan danışıqlarda qərara alınıb ki, müxtəlif fənlər üzrə bəzi laboratoriya işlərinin yerinə yetirilməsində Azərbaycan Texniki Universitetinin alimlərinin iştirakı da təmin olunsun və tədris ili boyunca şagirdlərin universitetə gəliş-gedişi təşkil edilsin.

Universitetlə ətraflı tanışlıqdan sonra AzTU-nun Heydər Əliyev Mərkəzində toplantı keçirilib. Toplantıda məktəblilər və müəllimlər AzTU haqqında öz təssüratlarını bölüşüblər.
Açıq Qapı Gününün sonunda Azərbaycan Texniki Universitetinin tələbələri məktəblilər üçün konsert proqramı təşkil ediblər.