Adalet.az | Bilik Fondu “Gizli istiqlalçılar” sənədli filminin təqdimatını keçirib - Fotolar Adalet.az | Bilik Fondu “Gizli istiqlalçılar” sənədli filminin təqdimatını keçirib - Fotolar Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Bilik Fondu “Gizli istiqlalçılar” sənədli filminin təqdimatını keçirib - Fotolar

15109    |   2018-05-17 16:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində "ARB Aranfilm”in ərsəyə gətirdiyi "Gizli istiqlalçılar” sənədli filminin təqdimatı keçirilib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov əhali arasında maarifçilik işinin həyata keçirilməsində, gənclərin dünyagörüşünün genişlənməsində sənədli filmlərin rolundan danışıb. İcraçı direktorun sözlərinə görə, Fondun "Mədəni maarifləndirmə” proqramı çərçivəsində yaradılmış "Kinoklub” məhz elmi-kütləvi, sənədli filmlər vasitəsilə gənc nəslin maarifləndirilməsinə xidmət edir. Bildirilib ki, klubun ilk toplantısında nümayiş etdirilən "Gizli istiqlalçılar” sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dəyərli töhfədir.


"ARB Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Tahir Tahiroviç tədbir iştirakçılarına yaradıcılıq prosesində baş verən maraqlı məqamlardan söhbət açıb. T.Tahiroviç ekran əsərində Cümhuriyyətin süqutundan sonra Azərbaycanda Sovet Hakimiyyətinin ilk illərində Milli Müqavimət Hərəkatı adlandırılmış Sol Müsavat Firqəsinin qərarı ilə Bakıda gizli çap edilən "İstiqlal” qəzeti haqqında maraqlı faktların əks olunduğunu bildirib.



Filmin ideya müəllifi professor Qulu Məhərrəmli Cümhuriyyət tariximizin öyrənilməsində və təbliğində bu cür sənədli filmlərin rolundan bəhs edib.


Film professor Asif Rüstəmlinin tədqiqatları əsasında çəkilib. Filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadə, operatoru Əminə Həsənli, icraçı prodüseri Nicat Məmmədov, prodüseri İqbal Məmmədəliyevdir.


Filmin nümayişindən sonra Bilik Fondunun "Tariximizi öyrənək və öyrədək” Gənclər Klubu, "Gənc jurnalistlər” və "Kinoklub” üzvlərinin, "Mizan” Tələbə Dram Dərnəyinin və Fondda təcrübə keçən ali məktəb tələbələrinin iştirakı ilə keçirilən tədbir maraqlı müzakirələrlə davam edib.




İmza:
SON XƏBƏRLƏR
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK