ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

UNEC-də konfrans: “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”

9326    |   2018-05-17 15:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

UNEC və "Səs” media qrupunun birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda konfrans keçirilib.

UNEC-dən Adalet.az-a verilən məlumata görə, konfransda millət vəkilləri, tarixçi alimlər, media qurumlarının rəhbərləri, professor-müəllim heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları öncə Azərbaycan İstiqlal Muzeyinin eksponatlarından ibarət foto-sərgi ilə tanış olublar. Sərgidə cümhuriyyətin qurucuları, əsgər və zabitlərinin, o cümlədən dövrün əhəmiyyətli sənədlərinin fotoları nümayiş etdirilib.

Konfransda UNEC-in rektoru, professor Ədalət Muradov Şərqdə ilk demokratik parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin hər bir azərbaycanlının qürur mənbəyi olduğunu bildirib. Rektor Ulu Öndər Heydər Əliyevin "Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq, möhkəmləndirmək bir o qədər də ağır və mürəkkəbdir” fikrinə diqqət çəkərək, məhz ümummilli liderin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimizin əbədi və sarsılmaz olduğunu vurğulayıb. O, cümhuriyyət tarixinin ilk dəfə ulu öndərin rəhbərliyi dövründə təhlil olunduğunu bildirərək, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Ə.Muradov dövlət başçısının sərəncamı ilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini bunun bariz nümunəsi adlandırıb.

"Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev AXC-ni Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi kimi səciyyələndirib. Bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırıb. Prezident İlham Əliyev isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirib.

AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlı AXC-ni zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyan, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayan demokratik respublika kimi xarakterizə edib.

AXC-nin qanunvericilik siyasətindən bəhs edən millət vəkili Musa Quliyev Milli Şuranın formalaşması prosesi və fəaliyyətindən danışıb. Millət vəkili Elman Nəsirli bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, 1918-1920-ci illər Azərbaycan tarixinin mühüm səhifəsini təşkil edir.

Millət vəkilləri Aydın Hüseynov AXC dövründə həyata keçirilən iqtisadi islahatlardan söz açıb, Rauf Əliyev müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan cümhuriyyətin çox mühüm qərarlar qəbul etdiyini vurğulayıb, Azər Badamov məhz bu dövrdə Şərqdə ilk dəfə qadınlara seçki hüququ verildiyini, dövlət strukturları, nizami milli ordu yaradıldığını diqqətə çatdırıb.

"İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Şərqdə ilk dəfə olaraq Azərbaycanda demokratik cümhuriyyətin yaradılmasını mühüm əhəmiyyət kəsb edən və gələcəkdə xalqımızın taleyinə ciddi təsir edən tarixi hadisə adlandırıb.

Tədbirdə iştirak edən görkəmli tarixçi alimlər ADPU-nun prorektoru Asəf Zamanov, AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri Sakit Hüseynov, BDU-nun kafedra müdirləri Anar İsgəndərov, İradə Hüseynova, tarixçi alim Boran Əziz və digərləri AXC-nin xalqımıza verdiyi töhfələrdən bəhs edərək, qısa hakimiyyətləri dövründə Azərbaycan tarixində 350 ilkə imza atıldığını diqqətə çatdırıblar. Çıxış edənlər belə bir mühüm tədbirin UNEC-də qeyd edilməsinin əhəmiyyətini vurğulayaraq, bu universitetin Azərbaycan ali təhsil sisteminə bir çox yeniliklər gətirdiyini bildiriblər.




İmza:

ADU-nun kitabxanası yapon dilində kitablarla təchiz olunub

UNEC 3 saylı tədris korpusunda aparılacaq təmirlə bağlı məsələyə aydınlıq gətirib

BANM-da “Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı oldu

700 bal toplayan oğlan: “Hədəfim ABŞ və Almaniyadır”

Nəticələr açıqlandı: 3 abituriyent 700 bal toplayıb

“SOCAR- KBR” BANM-ın tələbələrini işə götürəcək

IV qrupun imtahan cavabında səhvə yol verilib

Serbiya Prezidentinə Azərbaycan Dillər Universitetinin fəxri doktoru diplomu təqdim edilib

“SABAH qrupları insan kapitalının formalaşdırılmasını uğurla həyata keçirən modeldir”

BDU-da AXC-nin 100 illiyi ilə bağlı konfrans

Biri 700 bal, yeddi nəfər isə 600-ü keçib - Eyni sinifdə oxuyurlar

UNEC-də Startap Günləri keçiriləcək

SON XƏBƏRLƏR
2018-05-24
2018-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (57.14%)
"Liverpul" (42.86%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
ZAKİR FƏXRİNİN
İSTANBUL SƏFƏRİ

Zakir Fəxri İstanbulda bahalı bir restoranda oturub çörək yeyir. Təbii ki, Türkiyədirsə, süfrədə zeytun da var.
Özünü mədəni göstərmək üçün çəngəllə zeytun götürmək istəyir.
Nə qədər əlləşir götürə bilmir, zeytun çəngəlin altından qaçır. Qarson görür ki, şair çəngəllə zeytunu götürmək üçün əlləşir, əldən düşür, gəlir çəngəli zeytuna batırıb verir Zakirə.
Şair pərt olsa da özünü sındırmır, deyir:
- Mən onu qovub yormasaydım, tuta bilməzdin.




digər lətifələr
ARXİV
FACEBOOK