Adalet.az | DTX birgə əməliyyat keçirdi - Qaçaqmalçılar tutuldu Adalet.az | DTX birgə əməliyyat keçirdi - Qaçaqmalçılar tutuldu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

DTX birgə əməliyyat keçirdi - Qaçaqmalçılar tutuldu

14606    |   2018-05-17 15:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən, qanunsuz və saxta spirtli içki istehsalı üçün nəzərdə tutulan təxminən 500.000 ədəd saxta aksiz markası aşkar edilərək götürülüb.

DTX-nın İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, araşdırmalar zamanı saxta aksiz markalarını sifariş verib gizli surətdə çatdırılmasını təşkil edən, ölkədə saxta aksiz markalarının qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşları Mehdiyev İntiqam Hüseyn oğlu və Nəcəfov Ruslan Həmzə oğlu müəyyən edilərək cinayət məsuliyyətinə cəlb ediliblər.

Başlanılmış cinayət işi üzrə araşdırmalar davam edir. Qeyd olunub ki, Azərbaycan Respublikasında vətəndaşların sağlamlığına qəsd edən hüquqazidd əməllərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq.



İmza:
SON XƏBƏRLƏR
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK