Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Xoşbəxt olmağın 7 qaydası Adalet.az | Xoşbəxt olmağın 7 qaydası Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Xoşbəxt olmağın 7 qaydası

12225    |   2018-05-18 11:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Həqiqətən xoşbəxt olmaq hər kəsin istəyidir. Kiçik səbəblərlə də xoşbəxtliyi dadmaq isə ən böyük uğurdur.

Adalet.az-ın məlumatına görə xoşbəxt olmağın 7 qızıl qaydası var. Bu da həmin qaydalar:

Keçmişinizlə barışın

Nə qədər çətin olsa belə keçmişlə barışmaq lazımdır. Çünki bu günü keçmişi düşünməklə keçirmək həyatı mənfi enerji ilə yükləyərək məhv edir.


Başqalarının haqqınızda dediklərinə fikir verməyin

Başqalarının sizin haqda olan fikrilərini önəmsəməyin. Əks halda müsbət aura sizi tərk edəcək.

Hər şeyi zamanın axarına buraxın

Zaman ən yaxşı sakitləşdirici vasitədir. Bütün pis xatirələri unutdurur. Buna görə də hər şeyi zamanın öhdəsinə buraxın.

Özünüzü başqaları ilə müqayisə etməyin

Başqasının boyu uzundur, yaxud maddi imkanı daha yaxşıdır kimi fikirlər həyatı mənfiliklərə kökləyir. Özünüzü hər zaman çox sevin.

Çox düşünməyin

Həyatınızda baş verənlər və ya baş verəcəklər haqqında çox düşünməməyə çalışın. Əlinizdən gələnləri edin və sadəcə gözləyin. Bu halda hər şey qaydasına düşəcək.

Çətinliklərdən qorxmayın

Keçici çətinliklər, problemlər sizi qorxutmasın. Bütün qorxularınızın üzərinə gedin. Problemləri aşdıqca xoşbəxtlik özü sizi tapacaq.

Hər zaman gülümsəyin

Xoşbəxt olmasanız belə gülümsəyin. Dünyadakı heç bir çətinlik təkcə sizin deyil. Unutmayın ki, siz kiçik səbəblərlə xoşbəxt olmağı bacardıqca, daha böyük xoşbəxtliklər sizin olacaq.




İmza:
SON XƏBƏRLƏR
2019-01-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK