Görmə əngəllilər üçün yeni avtomobil
"Ford” şirkəti gözdən əlil insanlar üçün inanılmaz layihə hazırlayıb.
Adalet.az xəbər verir ki, şirkət yeni istehsal etdiyi avtomobillərin pəncərəsindən arxada qalan mənzərəni hiss etməyə imkan verən qurğu hazırlayacaqlar. İlk olaraq qurğunun texnoloji funksiyaları haqqında məlumat verilib. Məlumata görə, avtomobilin şüşələrinə yerləşdiriləcək peyzaj konturları vasitəsilə insanlar şüşəyə toxunmaqla ətrafda baş verənləri hiss edəcək.
Məlumata görə, "Ford” şirkəti sözügedən qurğunu İtaliyanın görmə əngəlli insanlar üçün qurğular istehsal edən "Aedo” startapı ilə birgə hazırlayıb. İstehsalçılar qurğunun konsepsiyasının olduqca sadə olduğunu deyirlər. Mütəxəssislər bildirir ki, mənzərəni görə bilməyən insanlar üçün onu hiss etməyə imkan verən yeni dil yaradılıb.