ANA SƏHİFƏ / MƏMLƏKƏT

Bakıda daha bir yol təmir edilir

7138    |   2018-05-17 16:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir.

Bu barədə Adalet.az-a "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, təmir-tikinti işlərinin aparıldığı ərazinin uzunluğu 570 m, eni isə 10-27 m arasında dəyişir. Küçənin sözügedən hissəsi hərəkət intensivliyi ilə seçilən Ə. Haqverdiyev və Landau küçələri ilə kəsişir.

Təmir-tikinti işləri çərçivəsində ərazidə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, əvəzinə 2 laydan ibarət və 10.000 min kv.m sahəni əhatə edən yeni asfalt-beton örtük döşənəcək. Bundan başqa Şəfayət Mehdiyev küçəsində yağış-kanalizasiya sistemi bərpa olunaraq zəruri olan yerlərdə yeni yağış barmaqlıqları quraşdırılacaq, köhnələri isə yenisi ilə əvəzlənəcək.

Təmir işlərinin sonuncu mərhələsində küçə boyu zəruri olan yerlərdə yol nişanları quraşdırıldıqdan, yolun üfiqi nişanlanma xətləri çəkildikdən sonra Şəfayət Mehdiyev küçəsinin bu hissəsi yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, bundan öncə Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospekti və Ə. Haqverdiyev küçələri arasında yerləşən 1.7 km-lik hissəsi təmir edilib.




İmza:
SON XƏBƏRLƏR
2018-05-24
2018-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (57.14%)
"Liverpul" (42.86%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
ZAKİR FƏXRİNİN
İSTANBUL SƏFƏRİ

Zakir Fəxri İstanbulda bahalı bir restoranda oturub çörək yeyir. Təbii ki, Türkiyədirsə, süfrədə zeytun da var.
Özünü mədəni göstərmək üçün çəngəllə zeytun götürmək istəyir.
Nə qədər əlləşir götürə bilmir, zeytun çəngəlin altından qaçır. Qarson görür ki, şair çəngəllə zeytunu götürmək üçün əlləşir, əldən düşür, gəlir çəngəli zeytuna batırıb verir Zakirə.
Şair pərt olsa da özünü sındırmır, deyir:
- Mən onu qovub yormasaydım, tuta bilməzdin.




digər lətifələr
ARXİV
FACEBOOK