ANA SƏHİFƏ / MƏMLƏKƏT

Azərbaycanda meyvə-tərəvəz bolluğu OLACAQ...

7363    |   2018-05-17 15:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu il meyvə-tərəvəzçilik sahəsində yüksək məhsudarlıq gözlənilir.

Bu barədə Modern.az-a Kənd Təsərrüfatı Nazirliyi aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov məlumat verib.

İ.Cümşüdov bildirib ki, 186,4 min hektar meyvə bağı var:

"Onun138 min hektarı bar verən sahədir. Bütövlükdə 2017-ci ildə 955 min ton meyvə istehsal olunub. Hektardan məhsuldarlıq 68,4 sentner olub. Bizim məqsədimiz bölgələrdə intensiv bağların sayının artırılmasıdır. Yəni ənənəvi bağlardan tədricən intensiv bağlara keçid üstünlük təşkil edəcək. Hazırda nazirlik bu istiqamətdə seminarlar təşkil edilir, görüşlər keçirilir, bukletlər hazırlanır”.

Nazirlik rəsmisi qeyd edib ki, intensiv bağların özəlliyi məhsuldarlığın yüksək olmasındadır:

"Bu bağlarda məhsuldarlıq olduqca yüksəkdir. Bunlar damlama suvarması, fərqli əkin sxemi, hektarda bitki sıxlığı artıq olmaq şərtilə şpar üsulu ilə əkilib-becərilir. Necə ki, üzüm tingləri şparlarda, tikanlı məftillərlə əkilir. O qaydada intensiv və super intensiv bağlar salınır. Bu cür bağlarda məhsuldarlıq ənənvi bağlarla müqayisədə iki dəfə yüksəkdir. Ona görə yeni texnologiyaların tətbiqilə intensiv bağların sayının artırılmasına çalışırıq”.

İ.Cümşüdovun sözlərinə görə, bugünədək olan məlumatlar 2018-ci ilin kənd təsərrüfatı üçün əlverişli il olduğunu deməyə əsas verir:

"Qış aylarında əvvəlcə quraqlıq olsa da, sonradan yağışlar intensiv xarakter aldı. Bu isə torpaqda nəm ehtiyatını artırdı. Hazırda hava şəraiti həm meyvə-tərəvəzçilik, həm də dənli bitkiçilik, taxılçılıq üçün əlverişli keçir. Kəskin hava şəraiti problemi olmadığı üçün məhsuldarlığın aşağı düşməsi gözlənilmir”.

O, hazırda, ötən ilin anoloji dövrü ilə müqayisədə təzə kartofun əlverişli qiymətə təklif edilməsinə də münasibət bildirib:

"Bəli, hazırda bazarlarda təzə kartofun qiyməti 50-60 qəpiyədir. 2016-cı ildə 62 min hektar sahədə, 2017-ci ildə isə ondan az-58,8 min hektar sahədə kartof əkilmişdi. Sahənin az olmasına baxmayaraq, 2017-ci ildə məhsuldarlıq 2016-cı ilə nisbətən çox olub. Belə ki, 2016-cı ildə 902 min ton, 2017-ci ildə 914 min ton məhsul yığılıb. Hektardan məhsuldarlıq 14 ton, 2017-ci ildə 15 ton oldu. Artıq məhsuldarlıq əkilən sahəyə görə artırılmır.

Bu il məhsuldarlığın ötən illə müqayisədə yüksək olacağı gözlənilir. Ona görə də istehsalın müəyyən mərhələlərində faraş kartof həm də xaricə ixrac edilir. Eyni zamanda, mövsümdən asılı olaraq, başqa ölkələrdən bizə idxal edilir. Ona görə biz də istehsalın həcmini artırmaqla, həm yerli tələbatı ödəməyə, həm də daha çox məhsulu xaricə çıxarmağa çalışırıq”.




İmza:
SON XƏBƏRLƏR
2018-05-24
2018-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (57.14%)
"Liverpul" (42.86%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
ZAKİR FƏXRİNİN
İSTANBUL SƏFƏRİ

Zakir Fəxri İstanbulda bahalı bir restoranda oturub çörək yeyir. Təbii ki, Türkiyədirsə, süfrədə zeytun da var.
Özünü mədəni göstərmək üçün çəngəllə zeytun götürmək istəyir.
Nə qədər əlləşir götürə bilmir, zeytun çəngəlin altından qaçır. Qarson görür ki, şair çəngəllə zeytunu götürmək üçün əlləşir, əldən düşür, gəlir çəngəli zeytuna batırıb verir Zakirə.
Şair pərt olsa da özünü sındırmır, deyir:
- Mən onu qovub yormasaydım, tuta bilməzdin.




digər lətifələr
ARXİV
FACEBOOK