FİFA-nın yeni reytinqi - millimiz neçəncidir?
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Adalet.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyi dəyişməyib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda 245 xalla 126-cı yerdədir.