ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Mirzə Cəlilin ev muzeyi yenilənir

7350    |   2018-05-18 10:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Görkəmli yazıçı-dramaturq, Şərqdə ilk satirik jurnal-"Molla Nəsrəddin”-in yaradıcısı Cəlil Məmmədquluzadənin ev muzeyində yeni ekspozisiyasının yaradılması ilə əlaqədar təmir-bərpa və bədii-tərtibat işləri başlayıb.

Adalet.az xəbər verir ki, iş Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən aparılır. Muzeyin kollektivi ilə görüşən idarənin rəisi Vuqar Zeynalov bildirib ki, maddi mədəniyyət nümunələrinin qorunub saxlanıldığı muzeyin bərpasında məqsəd onun fəaliyyətinin müasir prinsiplər əsasında yenidən qurulması və görkəmli ədibin həyatı, yaradıcılığı ilə maraqlananların dolğun məlumatlar əldə etməsi üçün rahat şəraitin yaradılmasıdır. Muzey qısa zamanda yenilənərək açılacaq.




İmza:
SON XƏBƏRLƏR
2018-05-24
2018-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (57.14%)
"Liverpul" (42.86%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
ZAKİR FƏXRİNİN
İSTANBUL SƏFƏRİ

Zakir Fəxri İstanbulda bahalı bir restoranda oturub çörək yeyir. Təbii ki, Türkiyədirsə, süfrədə zeytun da var.
Özünü mədəni göstərmək üçün çəngəllə zeytun götürmək istəyir.
Nə qədər əlləşir götürə bilmir, zeytun çəngəlin altından qaçır. Qarson görür ki, şair çəngəllə zeytunu götürmək üçün əlləşir, əldən düşür, gəlir çəngəli zeytuna batırıb verir Zakirə.
Şair pərt olsa da özünü sındırmır, deyir:
- Mən onu qovub yormasaydım, tuta bilməzdin.




digər lətifələr
ARXİV
FACEBOOK