Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Müdafiə naziri hərbi məktəblərin rəhbərləri ilə görüşüb Adalet.az | Müdafiə naziri hərbi məktəblərin rəhbərləri ilə görüşüb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Müdafiə naziri hərbi məktəblərin rəhbərləri ilə görüşüb

8054    |   2018-05-17 14:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Füzuli Salahov, Türkiyə Respublikası Quru Qoşunları Məktəbinin rəisi briqada generalı İsmayıl Güzeller və Gürcüstan Milli Müdafiə Akademiyasının rektoru polkovnik Zaza Caparidze ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, cari il martın 31-də Giresun şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalan müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən hər üç ölkənin hərbi təhsil müəssisələri rəhbərlərinin Bakıda keçirilən görüşü çərçivəsində aparılan müzakirələrin, təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini deyən Müdafiə naziri bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.

General-polkovnik Z.Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin Bakıdakı tədbirinin hər üç ölkənin Müdafiə nazirləri və Silahlı Qüvvələri Baş Qərargah rəislərinin bu günədək keçirdikləri görüşlərin davamı kimi qiymətləndirib, bu əməkdaşlığın regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Tərəflər, həmçinin hər üç ölkənin hərbi təhsil müəssisələri arasında kursantların qarşılıqlı təhsil almaları, birgə təlimlərin, idman, bilik yarışlarının keçirilməsi və bir sıra digər məsələləri müzakirə ediblər.
Görüşün təşkilinə və qonaqpərvərliyə görə general-polkovnik Z.Həsənova minnətdarlıqlarını ifadə edən məktəb rəhbərləri də öz növbəsində Bakıda aparılan üçtərəfli səmərəli müzakirələrin təmsil etdikləri ali hərbi təhsil müəssisələri arasında əlaqələrin daha da inkişafına, birgə fəaliyyətlərin həyata keçirilməsi işinə mühüm töhfələr verəcəyinə əminliklərini bildiriblər.



İmza:
SON XƏBƏRLƏR
2019-01-18
2019-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK