adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 May 2018 14:24
20577
SİYASƏT
A- A+

Milli Məclis sabah 10 məsələyə görə toplanır

Sabah- mayın 18-də Milli Məclisin növbəti plenar iclası keçriləcək.

Adalet.az-ın məlumatına görə, iclasın gündəliyinə 10 məsələ daxildir.


Bunlar aşağıdakılardır:

1. "Yanğın təhlükəsizliyi haqqında” qanuna dəyişiklik;

2. "Hesablama Palatasının hesabatı haqqında” qanuna dəyişiklik;

3. Əmək Məcəlləsinə dəyişiklik;

4. "Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi 3-cü oxunuşda;

5. "Dövlət qulluğu haqqında” qanuna dəyişiklik;

6. "Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişiklik;

7. "Dərman vasitələri haqqında” qanuna dəyişiklik;

8. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanuna dəyişiklik;

9. "Hesablama Palatası haqqında” qanun layihəsi 2-ci oxunuşda;

10. "Təhsil haqqında” qanuna dəyişiklik.