ANA SƏHİFƏ / MƏMLƏKƏT

Sabah 32 dərəcə isti olacaq

11381    |   2018-05-17 13:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 25-29, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən məlumata görə, atmosfer təzyiqi 764 civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 18-də Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.


İmza:
SON XƏBƏRLƏR
2018-05-24
2018-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (57.14%)
"Liverpul" (42.86%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
ZAKİR FƏXRİNİN
İSTANBUL SƏFƏRİ

Zakir Fəxri İstanbulda bahalı bir restoranda oturub çörək yeyir. Təbii ki, Türkiyədirsə, süfrədə zeytun da var.
Özünü mədəni göstərmək üçün çəngəllə zeytun götürmək istəyir.
Nə qədər əlləşir götürə bilmir, zeytun çəngəlin altından qaçır. Qarson görür ki, şair çəngəllə zeytunu götürmək üçün əlləşir, əldən düşür, gəlir çəngəli zeytuna batırıb verir Zakirə.
Şair pərt olsa da özünü sındırmır, deyir:
- Mən onu qovub yormasaydım, tuta bilməzdin.




digər lətifələr
ARXİV
FACEBOOK