adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 May 2018 13:14
10189
İDMAN
A- A+

İŞİD Messi və Ronaldunu ölümlə HƏDƏLƏDİ

İŞİD Messi və Ronaldunu ölümlə hədələyib.

Adalet.az xarici KİV-ə əsasən xəbər verir ki, Rusiyada keçiriləcək " Futbol üzrə Dünya çempionatı” səbəbilə İŞİD terror təşkilatı tez- tez hədələyici mesajlardan istifadə edir. Bu dəfə onların hədəfi dünyanın ən güclü iki futbolçusu- Leonel Messi və Kriştianu Ronaldu olub.

İŞİD nəşr etdirdiyi bəyannamə və fotoşəkillərlə çempionatı hədəfə aldığını açıq-aşkar nümayiş etdirir.

Terror təşkilatı bu dəfə iki ulduz futbolçunun stadionda başlarının kəsilərək öldürüləcəyi ilə bağlı fotoşəkili yayımlayıb. Bundan başqa Messinin ağlayarkən gözündən qan töküldüyü foto da izləyiciləri dəhşətə gətirib.

Məlumatlarda qeyd edilir ki, burada da əsas hədəf Rusiyanın prezidenti Vladimir Putindir. Suriyada baş verən hadisələrlə bağlı terroristlər tərəfindən tez-tez Putinin təhdid edildiyi vurğulanıb.(modern.az)